Magistraturaya qeydiyyat

Azərbaycan Universitetinin magistratura piləsinə qəbul olan bakalavrların nəzərinə!

Azərbaycan Universitetinin magistratura ixtisaslaşmalarına qəbul olunmuş bakalavrları təbrik edir, təhsillərinin növbəti pilləsində uğurlar arzulayırıq.

Bakalavrlar qəbulun rəsmiləşdirilməsi üçün https://portal.edu.az/ platformasında şəxsi kabinet yaradaraq 2022-ci il 15 iyul saat 12:00-dan 25 iyul saat 12:00‑dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər.

Qeydiyyat üçün istifadəçi təlimatı: https://edu.gov.az/uploads/news/07/telimat.pdf

Azərbaycan Universitetinə qəbul olan və qeydiyyatdan keçməkdə çətinlik çəkənlər üçün Universitet tərəfindən lazımi kömək və texniki dəstək göstəriləcəkdir.

Qeydiyyat üçün tələb olunan sənədlərin siyahısı aşağıda bakalavrlara təqdim olunur.

Portala yüklənməsi tələb olunan sənədlərin siyahısı

  • Bakalavr diplomu və diplom əlavəsi
  • Cari ildə məzun olanlar - bitirdikləri universitetdən məzun olduqlarına dair arayış
  • Şəxsiyyət vəsiqəsi
  • Sağlamlıq haqqında tibbi arayış
  • Hərbi xidmətdə olanlar və ya möhlət hüququ olanlar - hərbi bilet və ya çağrış məntəqəsinə təhkim edilmə haqqında vəsiqə
  • 3x4 ölçüdə şəkil (son 1 ayda çəkilmiş)
  • Ödənişli əsaslarla təhsil alan; Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş; Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş; Hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları faktı təsdiq edən sənədi
  • Hər iki valideynini itirmiş; valideyn himayəsindən məhrum olmuş yaxud bir valideyni vəfat etmiş və o biri valideyni I yaxud II qrup əlil olan 23 yaşınadək tələbələr faktı təsdiq edən sənədi
  • I və II dərəcə əlilliyi olan şəxslər faktı təsdiq edən sənədi

Azərbaycan Universitetinə təqdim ediləcək sənədlərin siyahısı

  • Diplom və diplom əlavəsinin əsli və notarial qaydasında təsdiq olunmuş surəti
  • Cari ildə məzun olan tələbələr bitirdikləri universitetdən məzun olduqlarına dair arayış
  • Şəxsiyyət vəsiqəsinin əsli və 2 ədəd surəti (yeni nəsil şəxsiyyət vəsiqəsi olanlar arayış da təqdim etməlidirlər)
  • Sağlamlıq haqqında tibbi arayış
  • Hərbi xidmətdə olanlar və ya möhlət hüququ olanlar - hərbi biletin surəti və ya çağrış məntəqəsinə təhkim edilmə haqqında vəsiqənin surəti
  • 3X4 ölçüdə 4 ədəd şəkil (son 1 ayda çəkilmiş) və şəklin elektron variantı (diskdə)

 Qeyd 1: Ödənişli əsaslarla təhsil alan;

  • Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş; Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş; Hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladları;
  • Hər iki valideynini itirmiş; valideyn himayəsindən məhrum olmuş yaxud bir valideyni vəfat etmiş və o biri valideyni I yaxud II qrup əlil olan 23 yaşınadək tələbələr;
  • I və II dərəcə əlilliyi olan şəxslər, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar yuxarıda qeyd olunan faktları təsdiq edən sənədlərin əslini və notarial qaydada təsdiq olunmuş surətini universitetə təqdim etməlidirlər.

Qeyd 2. 18 yaşı tamam olmamış abituriyentin valideyni qeydiyyatda mütləq iştirak etməlidir. Valideynlərdən özləri ilə şəxsiyyət vəsiqələrini gətirmələri xahiş olunur.

Əlavə sənədlərin siyahısı

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş; Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş; Hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların ödənişli əsaslarla təhsil alan övladları

  • Əlilliyi təsdiq edən sənədin əsli və notarial qaydada təsdiq olunmuş surəti
  • Şəhidliyə aid sənədin əsli və notarial qaydada təsdiq olunmuş surəti

Hər iki valideynini itirmiş, valideyn himayəsindən məhrum olmuş yaxud bir valideyni vəfat etmiş və o biri valideyni I yaxud II qrup əlil olan 23 yaşınadək ödənişli əsaslarla qəbul olmuş tələbələr

  • Ölüm haqqında şəhadətnamənin əsli və notarial qaydada təsdiq olunmuş surəti
  • Əlilliyi təsdiq edən sənədin əsli və notarial qaydada təsdiq olunmuş surəti
  • Doğum haqqında şəhadətnamənin əsli və surəti
  • Nikah haqqında şəhadətnamənin əsli və surəti

Ödənişli əsaslarla təhsil alan, I və II dərəcə əlilliyi olan şəxslər

  • Faktı təsdiq edən sənədin əsli və notarial qaydada təsdiq olunmuş surəti
  • Əlilliyi təsdiq edən sənədin əsli və notarial qaydada təsdiq olunmuş surətini universitetə təqdim etməlidirlər.

Daha ətraflı məlumat üçün
Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi, 71
Tel.: (+99412) 431 41 12 /13/16 (daxili 114), (+99450) 268 38 19