XƏBƏRLƏR

Azərbaycan Universitetinə yeni qəbul olan doktorant və dissertantlarla görüş keçirilib

Azərbaycan Universitetinə yeni qəbul olan  doktorant və dissertantlarla görüş keçirilib

30 sentyabr 2024

Baxış sayı: 491

Azərbaycan Universitetinə fəlsəfə doktorluğu proqramı üzrə yeni qəbul olan doktorant və dissertantlarla görüş keçirilib. Tanışlıq xarakterli görüş Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi tərəfindən təşkil olunub. 

Mərkəzin direktoru Nüşabə Quliyevanın iştirakı ilə keçirilən görüşdə doktorant və dissertantlara dissertasiya işinin yerinə yetirilməsi prosesi ilə bağlı məsləhətlər verilib, onları maraqlandıran suallar cavablandırılıb.

Nüşabə  Quliyeva yeni qəbul olunmuş doktorant və dissertantları təbrik edib, onlara gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.

Görüşdə doktorantura və dissertantura təhsilində, o cümlədən qəbul prosesində baş verən yeniliklər diqqətə çatdırılıb,  doktorantların təhsil müddətində vəzifələri və hüquqları, dissertasiyaların əsas elmi nəticələrinin nəşri, tələblər, təqdim olunması və müdafiəsi ilə bağlı məlumat verilib. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR