XƏBƏRLƏR

Azərbaycan Universiteti Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edəcək

Azərbaycan Universiteti Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edəcək

01 oktyabr 2024

Baxış sayı: 350

Azərbaycan Universiteti dahi Azərbaycan șairi və mütəfəkkiri Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530 illiyinə həsr olunmuş 10-cu Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edəcək.  Azərbaycan Universitetinin stendində əsasən, universitetin nəşri olan dərslik və dərs vəsaitləri, elmi jurnallar, konfrans materialları, o cümlədən professor-müəllim heyətinin nəşrləri nümayiş olunacaq. 

Oktyabr ayının 2-də başlayacaq sərgidə müxtəlif ölkələrdən nəşriyyatlar, kitabsevərlər və ədəbiyyat mütəxəssisləri bir araya gələcək. Bu tədbir həm yerli, həm də beynəlxalq oxuculara kitab mübadiləsi və ədəbiyyat sahəsindəki ən son yenilikləri paylaşmaq imkanı yaradacaq.

Qeyd edək ki, Bakı Ekspo Mərkəzində Mədəniyyət Nazirliyi tərəfindən təşkil edilən sərgi oktyabr aynın 8-dək davam edəcək. Hazırda 4 qitəni təmsil edən 19 ölkədən 47 xarici təşkilat, 100-dan artıq yerli nəşriyyat-poliqrafiya və kitab sənəti ilə əlaqəli müəssisə sərgidə iştirak üçün qeydiyyatdan keçib. Sərgidə Azərbaycanla yanaşı, Türkiyə, İrlandiya, Almaniya, Venesuela və digər ölkələrdən tanınmış yazıçı və şairlər, elm adamları, gənc yazarlar iştirak edəcəklər. 

 İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR