XƏBƏRLƏR

SPTM psixoloji sağlamlığın qorunması mövzusunda seminar keçirib

SPTM psixoloji sağlamlığın qorunması mövzusunda seminar keçirib

28 oktyabr 2024

Baxış sayı: 98

Azərbaycan Universitetinin Sosial-Psixoloji Tədqiqat və Məsləhət Mərkəzi (SPTM) tərəfindən tələbələr üçün “Psixoloji sağlamlığın qorunması, stresin idarəsi və emosional dayanıqlılığın artırılması” mövzusunda seminar təşkil edilib. Seminarı “INSUN" Yaşam Mərkəzinin klinik psixoloqu Nigar Eyvazova aparıb. 

Tədbiri giriş sözü ilə mərkəzin direktoru Aygün Muradlı açaraq qonağı iştirakçılara təqdim edib, seminarın əhəmiyyəti haqqında məlumat verib. 

Ardınca klinik psixoloq Nigar Eyvazova məruzəsinə başlayıb. İnteraktiv şəkildə davam edən seminarda gənclərin aktual psixoloji problemləri və  həll yolları, valideyn - övlad münasibətləri, stresin idarə edilməsi kimi məsələlərə toxunulub. Dərs prosesi və imtahan dövründə tələbələri narahat edən məsələlər, qarşılaşdıqları problemlər və aradan qaldırılması yolları müzakirə olunub. 

Sonda tələbələrin mövzuya dair sualları cavablandırılıb. 

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR