XƏBƏRLƏR

Azərbaycan Universitetinin əməkdaşı Türkiyədə keçirilən beynəlxalq konfransda iştirak edib

Azərbaycan Universitetinin əməkdaşı Türkiyədə keçirilən beynəlxalq konfransda iştirak edib

04 noyabr 2024

Baxış sayı: 129

Azərbaycan Universitetinin Sosial işin təşkili kafedrasının müəllimi  Ülviyyə Mirzəyeva Türkiyənin Ankara şəhərində Sağlık Bilimleri Universitetində 31 oktyabr - 2 noyabr 2024-cü il tarixlərində keçirilən “Türk dövlətlərində iş həyatı və sosial müdafiə” mövzusunda beynəlxalq konfransda iştirak edib. Azərbaycan beynəlxalq tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayevin və DOST agentliyinin sədri Fərid Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunub. 

Beynəlxalq konfransda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin əmək və sosial müdafiə sahəsində əməkdaşlığının genişləndirilməsi, bu sahədə ümumi çağırışlar müzakirə olunub, təcrübə mübadilələri aparılıb.

                                                                          İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR