XƏBƏRLƏR

Azərbaycan Universitetinin tələbələri Milli Mühasiblər Forumunda iştirak edib

Azərbaycan Universitetinin tələbələri  Milli Mühasiblər Forumunda iştirak edib

28 aprel 2023

Baxış sayı: 778

Azərbaycan Universitetinin Maliyyə və mühasibat kafedrasının müdiri, dosent Nəriman Böyükkişi və universitetin Maliyyə və Mühasibat ixtisaslarında təhsil alan 7 tələbəsi Milli Mühasiblər Forumunun İkinci Panel Görüşündə iştirak edib. Tədbir, Gənc Mühasiblər İctimai Birliyi tərəfindən Azərbaycan Respublikası Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənclər arasında mühasib peşə təhsili və peşə seçiminin təbliği” layihəsi çərçivəsində həyata keçirilib. 

Layihənin əsas məqsədi gənclərin peşə seçimində düzgün qərar vermələrinə, gələcəkdə karyera qurmalarına və məşğulluq problemlərinin risksiz həllinə kömək etmək, real əmək bazarındakı mövcud vəziyyəti düzgün qiymətləndirərək iş tapmaq problemindən onları azad etməkdən ibarətdir.

II Panel Görüşündə dövlət qurumları, universitet nümayədələri,  sahibkarlar, mühasiblər və insan resursları mütəxəssislərinin iştirakı ilə mühasib peşəsinin hazırkı vəziyyəti, gələcək perspektivləri, Peşəkar Mühasib Sertifikatının əhəmiyyəti, mühasiblərin peşəkar inkişafında bu sertifikatın rolu kimi mövzularda çıxışlar olub və iştirakçıların sualları cavablandırılıb. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR