XƏBƏRLƏR
Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi təlim-seminar təşkil edib
Azərbaycan Universitetində Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin təşkilatçılığı ilə doktorant və dissertantlar üçün təlim-seminar keçirilib. Tədbirdə Elm şöbəsinin müdiri, riyaziyyat üzrə fəlsəfə doktoru Lətifə Ağamalıyeva “Elmi məqalələrin hazırlanması, jurnal seçimi və təqdimatı” mövzusunda məruzə ilə çıxış edib.
Lətifə Ağamalıyevanın məruzəsi elmi məqalənin növləri, strukturu, məqalənin adının seçilməsi, xülasənin hazırlanması və əhəmiyyəti, açar sözlərin mövzuya uyğunluğu və seçilməsi, giriş, əsas hissə və nəticənin əlaqələndirilməsi və yazılmasında diqqət yetirilməli olan məqamlar, ədəbiyyat siyahısının tərtib olunması və bu kimi mövzuları əhatə edib. Məruzədə elmi konfranslara təqdim ediləcək tezislərin hazırlanmasının tələb və qaydaları da izah olunub.
Tədbirdə Beynəlxalq Magistratura və Doktorantura Mərkəzinin direktoru Nüşabə Quliyeva da iştirak edib. Nüşabə Quliyeva doktorant və disserantların mövzu ilə bağlı suallarını cavablandırıb.
Təlim-seminar mövzu ətrafında müzakirələrlə davam edib.
İctimaiyyətlə əlaqələr şöbəsi