XƏBƏRLƏR

Təlim-Tədris Mərkəzi tələbələr üçün tədrisin əsas sənədlərinə həsr olunmuş təlim keçirib

Təlim-Tədris Mərkəzi tələbələr üçün tədrisin əsas sənədlərinə həsr olunmuş təlim keçirib

13 mart 2026

Baxış sayı: 372

Azərbaycan Universitetinin Ömürboyu təhsilə dəstək: Təlim-Tədris Mərkəzi və Keyfiyyət təminatı şöbəsinin birgə təşkilatçılığı ilə bir qrup tələbə üçün “Tədrisin əsas sənədləri: təhsil proqramı və sillabusun mahiyyəti”  mövzusunda təlim keçirilib. Təlimdə universitetin Tələbə Gənclər Təşkilatının, Tələbə Elmi Cəmiyyətinin və “Keyfiyyət Elçiləri” klubunun fəal üzvləri iştirak ediblər. 

Təlimdə ixtisas üzrə təhsil proqramının əmək bazarının tələblərinə uyğunlaşdırılması, proqramda yer alan kompetensiyalar, ixtisasın Proqram Təlim Nəticələri (PTN),  Fənn Təlim Nəticələri (FTN) haqqında iştirakçılara ətraflı məlumat verilib. Həmçinin ixtisasın təhsil proqramına əsaslanaraq hazırlanan sillabusun mahiyyəti, strukturu və tədris prosesində sillabusdan düzgün istifadə qaydaları izah olunub. 

Maraqlı müzakirələrlə yadda qalan təlimi Keyfiyyət təminatı şöbəsinin müdiri Lalə Abasova və Təlim-Tədris Mərkəzinin müdiri, peşəkar təlimçi Samir Salayev idarə ediblər.  

Təlim iştirakçıların mövzuya dair suallarının cavablandırılması ilə davam edib. 

Qeyd edək ki, Azərbaycan Universiteti Təlim-Tədris Mərkəzi və Keyfiyyət təminatı şöbəsi tərəfindən cari tədris ili ərzində akademik heyət ilə yanaşı, tələbələr üçün də müxtəlif mövzularda ardıcıl təlim modullarının təşkili nəzərdə tutulub. 

İctimaiyyətlə əlaqələr şöbəsi


DİGƏR XƏBƏRLƏR