Postgraduate Admission

Azərbaycan Universiteti
2023-cü il üçün fəlsəfə doktoru proqramı üzrə
doktorantura və dissertanturaya qəbul planı

Azərbaycan Universiteti 2023-cü il üçün fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul elan edir. Sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada həyata keçiriləcəkdir. 

Doktoranturaya sənəd təqdim etmək istəyən şəxslər Azərbaycan Respublikası Təhsil Nazirliyinin portal.edu.az saytına daxil olmalı, orada “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçərək təlimatlara uyğun olaraq qeydiyyatdan keçməlidirlər. 

Portal.edu.az vasitəsilə müraciətlərin göndərilməsi 12 aprel tarixindən başlayacaqdır. Sənəd qəbulu üçün son tarix 16 may 2023-cü ildir. Bir tədris ili üçün təhsil haqqı 1500 manatdır. 

Fəlsəfə doktoru proqramı üzrə doktoranturaya qəbul planı

İqtisad elmləri

  • Müəssisələrin təşkili və idarə olunması - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Sahə iqtisadiyyatı - 1 nəfər, qiyabi, ödənişli əsaslarla

Tarix elmləri

  • Tarixşünaslıq, mənbəşünaslıq və tarixi tədqiqat üsulları - 1 nəfər, qiyabi, ödənişli əsaslarla

Filologiya elmləri

  • German dilləri - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Ədəbiyyat nəzəriyyəsi, ədəbi təhlil və tənqid - 1 nəfər, qiyabi ödənişli əsaslarla
  • Azərbaycan ədəbiyyatı – 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Dünya ədəbiyyatı (Amerika, ingilis) - 1 nəfər, qiyabi, ödənişli əsaslarla

Sosial iş

  • Sosial iş - 1 nəfər, qiyabi, ödənişli əsaslarla

Fəlsəfə doktoru proqramı üzrə dissertanturaya qəbul planı

Riyaziyyat elmləri

  • Diferensial tənliklər - 1 nəfər, qiyabi, ödənişli əsaslarla

İqtisad elmləri

  • Ümumi iqtisadiyyat - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Müəssisələrin təşkili və idarə olunması - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Sahə iqtisadiyyatı - 1 nəfər, qiyabi, ödənişli əsaslarla

Filologiya elmləri

  • Dil nəzəriyyəsi - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • German dilləri - 1 nəfər, qiyabi, ödənişli əsaslarla
  • Türk xalqları ədəbiyyatı - 1 nəfər, qiyabi ödənişli əsaslarla
  • Dünya ədəbiyyatı - 1 nəfər, qiyabi, ödənişli əsaslarla

Sosial iş

  • Sosial iş - 1 nəfər, qiyabi, ödənişli əsaslarla

Daha ətraflı məlumat üçün

  • Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi
  • Tel.: (+99412) 431 41 12/13/16 (daxili 126), 050 268 38 00