NEWS

Azərbaycan dili və ədəbiyyat kafedrasının ənənəvi seminarı işini davam etdirir

Azərbaycan dili və ədəbiyyat kafedrasının ənənəvi seminarı işini davam etdirir

16 november 2021

Baxış sayı: 1735

Azərbaycan Universiteti Azərbaycan dili və ədəbiyyat kafedrası Azərbaycan  Dillər Universitetinin “Xarici ölkələr ədəbiyyatı” kafedrası ilə birlikdə “Ədəbi cərəyanlar və istiqamətlər: realizm” mövzusunda elmi seminar keçirib. Seminarda hər iki universitetin ədəbiyyat, fəlsəfə və bu kimi fənləri tədris edən  professor-müəllim heyəti, həmçinin magistratura tələbələri iştirak edib. 

Cari tədris ilinin ilk elmi seminarında Azərbaycan dili və ədəbiyyat kafedrasının professoru  Qorxmaz Quliyev qoyulan problemlə bağlı fikirlərini bölüşüb. Elmi seminarın sonunda  iştirakçılar  professor Qorxmaz Quliyevə minnətdarlıqlarını bildirib və seminarın davamlı olmağını arzu ediblər.

Tədris ili boyunca keçiriləcək elmi seminarda qərb ədəbiyyatşünaslıq konsepsiyalarının öyrənilməsinə diqqət yetiriləcək. Dünyaca məşhur ədəbi cərəyanların və bu haqda ədəbi-nəzəri dərgilərdə çap olunmuş silsilə məqalələrin müzakirəsi aparılacaqdır.

İctimaiyyətlə əlaqələr şöbəsi
16.11.2021

 

OTHER NEWS