2022/2023-ci tədris ili üçün magistratura üzrə boş qalan yerlər

Azərbaycan Universiteti
2022/2023-cü tədris ili üçün magistratura səviyyəsi üzrə boş qalan plan yerləri

  • Filologiya
    Ədəbiyyatşünaslıq (Amerika ədəbiyyatı) – 3 yer
    Ədəbiyyatşünaslıq (ingilis ədəbiyyatı) – 3 yer
    Azərbaycan dili – 1 yer
    Azərbaycan ədəbiyyatı – 1 yer
    Dilşünaslıq (ingilis dili) – 1 yer
  • Tərcümə
    Tərcümə (ingilis dili) – 3 yer
  • Tarix
    Azərbaycanın qədim və orta əsrlər tarixi – 1 yer
  • Maliyyə
    Bank işi – 1 yer
    Vergi və vergiqoyma – 5 yer
  • İqtisadiyyat
    İqtisadiyyatın hüquqi tənzimlənməsi – 1 yer
    Turizmin iqtisadiyyatı – 2 yer
  • Kompüter mühəndisliyi
    Kompüter mühəndisliyi – 4 yer
  • Sosial iş
    Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş – 5 yer
    Gənclərlə iş – 6 yer
  • MBA proqramı
    Biznesin təşkili və idarə edilməsi (vergi üzrə) – Azərbaycan bölməsi 1 yer, ingilis bölməsi 5 yer
    Biznesin təşkili və idarə edilməsi (mühasibat uçotu üzrə) – Azərbaycan bölməsi 1 yer, ingilis bölməsi 3 yer
    Biznesin təşkili və idarə edilməsi (menecment üzrə) – ingilis bölməsi 1 yer

Bakalavrların nəzərinə çatdırırıq ki,

  • Azərbaycan Universitetinin magistratura pilləsinə qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aparılır.
  • Bütün ixtisaslaşmalarda təhsilalma forması əyanidir.
  • Ödənişli əsaslarla təhsil alanlar üçün Tərcümə (ingilis dili) ixtisaslaşması üzrə təhsil haqqı 1500 manat, Gənclərlə iş ixtisaslaşması üzrə 2200 manat, digər bütün ixtisaslaşamalar üzrə isə 2000 manatdır.
  • Ödənişli əsaslarla qəbul olan tələbələr də II semestrdən başlayaraq Dövlət büdcəsinin vəsaiti hesabına təqaüd alırlar. Təqaüdlərin məbləği 80, 120, 145 manat olmaqla tələbənin akademik göstəricilərindən asılıdır və hər semestrin sonunda yenidən dəyərləndirilir.
  • Azərbaycan Universiteti “Erasmus+”, “Mevlana”, DAAD kimi beynəlxalq mübadilə proqramlarının üzvüdür.  “Erasmus+” proqramı tələbələrə Türkiyə və Avropanın qabaqcıl universitetlərində, DAAD proqramı Almaniya universitetlərində qısa müddətli təhsil imkanı qazandırır. “Mevlana” proqramı isə Türkiyə universitetləri ilə akademik mübadiləyə şərait yaradır.
  • Azərbaycan Universiteti magistratura səviyyəsi üzrə Ukraynanın Xarkov Milli Radioelektronika Universiteti ilə birgə Beynəlxalq İkili Diplom Proqramı təqdim edir. Proqram kompüter elmləri və kompüter mühəndisliyi ixtisaslarını əhatə edir.
  • Azərbaycan Universitetinin bakalavriat pilləsindən bu il məzun olanlara təhsil müddəti ərzində təhsil haqqına 10 faiz güzəşt tətbiq olunacaq.

İmtiyazlı statusda olan tələbələr

  • Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş; Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş; Hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladlarının təhsil haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına,  geri qalanı isə Azərbaycan Universitetinin büdcəsi hesabına ödənilir.
  • Hər iki valideynini itirmiş; valideyn himayəsindən məhrum olmuş yaxud bir valideyni vəfat etmiş və o biri valideyni I yaxud II qrup əlil olan 23 yaşınadək tələbələrin təhsi haqqı tam miqdarda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
  • I və II dərəcə əlilliyi olan şəxslər, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı tam miqdarda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Daha ətraflı məlumat üçün bizə yaza bilər, yaxud əlaqə saxlaya bilərsiniz.

  • E-poçt: qebul@au.edu.az
  • Tel.: (+99412) 431 41 17