NEWS

Sosial Xidmətlər Agentliyi Azərbaycan Universitetində təlim təşkil edib

Sosial Xidmətlər Agentliyi Azərbaycan Universitetində təlim təşkil edib

25 october 2024

Baxış sayı: 166

Sosial Xidmətlər Agentliyinin əməkdaşı Rəsul Dadaşov Azərbaycan Universitetinin Sosial iş ixtisası üzrə təhsil alan II kurs tələbələri üçün “Övladlığagötürmə” və “Himayədar ailə” qayğı modeli haqqında təlim keçib. Təlimdə tələbələrə “Övladlığagötürmə” və “Himayədar ailə” qayğı modelinin mahiyyəti, müraciət qaydaları və mərhələləri haqqında məlumat verilib. 

Qeyd edilib ki, uşaqlara qayğının dünyada geniş yayılmış nümunələrindən biri olan “Himayədar ailə” modeli valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, müəssisəyə qoyulmuş uşaqların qısa və ya uzun müddət ərzində dövlət nəzarəti altında ödənişli əsaslarla ailə mühitində böyüməsini və inkişafını nəzərdə tutur. Modelin formalaşdırılmasında xarici ölkələrin təcrübəsi nəzərdən keçirilib və Türkiyənin bu sahədəki təcrübəsi nəzərə alınıb. Prezident İlham Əliyevin 2022-ci il 15 fevral tarixli fərmanına əsasən, “Himayədar ailə” sahəsində dövlət siyasəti, tənzimləmə və dövlət nəzarəti sahəsində səlahiyyətlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə həvalə edilib. 

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS