NEWS

Rektor Səadət Əliyeva Erasmus tələbələri ilə görüşüb

Rektor Səadət Əliyeva Erasmus tələbələri ilə görüşüb

27 february 2025

Baxış sayı: 22

Azərbaycan Universitetinin rektoru, filologiya üzrə fəlsəfə doktoru Səadət Əliyeva Erasmus tələbələri ilə görüşüb. Görüşdə Almaniyanın Koblenz Tətbiqi Elmlər Universitetinin tələbəsi Jonas Borsch, Azərbaycan Universitetinin magistratura səviyyəsi üzrə II kurs tələbələri Röya Məmmədova və Şaiq İsmayılov iştirak edib. 

Jonas Borsch 2024/2025-ci tədris ilinin yaz semestrini Erasmus+ KA 1 mübadilə proqramı ilə Azərbaycan Universitetində oxuyacaq. O, informasiya təhlükəsizliyi ixtisası üzrə II kurs tələbəsidir. Röya Məmmədova payız semestrində İtaliyanın Sapienza Universitetində, Şaiq İsmayılov isə Polşanın Krakov Universitetində təhsil alıb. 

Görüşdə Jonas Borsch ilkin təəssüratlarını bölüşüb. Röya Məmmədova və Şaiq İsmayılov isə təhsil aldıqları universitetlərin təhsil mühiti, adaptasiya prosesi, maraqlı və diqqət çəkən məqamlar, o cümlədən əldə etdikləri təcrübə haqqında məlumat verib, rektora tələbələr üçün yaradılan şərait və imkanlara görə təşəkkür ediblər. 

Rektor tələbələrin fəallıqlarını yüksək qiymətləndirdiyini bildirib, təhsil həyatında uğurlar arzulayıb. 

İctimaiyyətlə əlaqələr şöbəsi

      

OTHER NEWS