Undergraduate registration

Əsas yerləşdirmədə qəbul olanların qeydiyyatı üçün əlavə imkan

Azərbaycan Universitetinə əsas yerləşmədə (I tur) qəbul olan abituriyent və subbakalavrların müraciətlərinə baxılması üçün əlavə imkan yaradılır.

Əsas yerləşmədə (I tur) qəbul olan, lakin qeydiyyatdan keçməyən abituriyentlər və subbakalavrlar 21 sentyabr 2023-cü il saat 15.00-dək Tələbə şöbəsinə müraciə edə bilərlər.

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71

Tel: 050 268 38 19

Azərbaycan Universitetinin bakalavriat səviyyəsinə qəbul olan abituriyent və subbakalavrların nəzərinə!

Azərbaycan Universitetinə qəbul olaraq tələbə adını qazanmış bütün abituriyent və subbakalavrları təbrik edir, onlara uğurlu, maraqlı və səmərəli tələbəlik illəri arzu edirik!

Azərbaycan Universitetinin bakalavriat səviyyəsinə I turda qəbul olan abituriyentlər (subbakalavrlar) 2023-cü il 5 sentyabr saat 11:00-dan 14 sentyabr saat 18:00 dək;   boş qalan plan yerlərinə qəbul olan abituriyentlər (subbakalavrlar) isə 14 sentyabr saat 11:00-dan 20 sentyabr saat 18:00-dək elektron qaydada qeydiyyatdan keçməlidirlər. Bunun üçün, https://portal.edu.az/ platformasında “qeydiyyat” düğməsindən istifadə edərək şəxsi kabinet yaratmaq, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır. 

Müəyyən olunmuş müddətdə elektron qaydada qeydiyyatdan keçməmək abituriyentin (subbakalavrın) müvafiq ixtisasa yerləşdirilmədən imtina etməsi kimi qiymətləndiriləcək və onun qəbul haqqında əmri ali məktəbə göndərilməyəcək.

Portal qeydiyyatı üçün tələb olunan sənədlərin siyahısı

  • Orta təhsil haqqında attestat
  • Diplomun və ona əlavənin surəti (subbakalavrlar üçün) 
  • Subbakalavr dərəcəsi verilməsi haqqında arayış (cari ilin məzunları üçün)
  • Şəxsiyyət vəsiqəsi
  • Sağlamlıq haqqında arayış
  • Hərbi bilet yaxud təhkim şəhadətnaməsi (oğlanlar üçün)

Universitetə təqdim ediləcək sənədlərin siyahısı

  • Orta təhsil haqqında attestatın əsli
  • Diplomun və ona əlavənin əsli (subbakalavrlar üçün) 
  • Subbakalavr dərəcəsi verilməsi haqqında arayış (cari ilin məzunları üçün)
  • Şəxsiyyət vəsiqəsinin surəti (2 ədəd) 
  • Sağlamlıq haqqında arayış
  • Hərbi bilet yaxud təhkim şəhadətnaməsinin surəti (oğlanlar üçün)
  • 3x4 ölçüdə rəngli şəkil (4 ədəd) və 1 ədəd şəklin diskə yüklənmiş variantı

İmtiyazlı statusda olan tələbələr

  • Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş; Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş; Hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladlarının təhsil haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
  • Hər iki valideynini itirmiş; valideyn himayəsindən məhrum olmuş yaxud bir valideyni vəfat etmiş və o biri valideyni I yaxud II qrup əlil olan 23 yaşınadək tələbələrin təhsi haqqı tam miqdarda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
  • I və II dərəcə əlilliyi olan şəxslər, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı tam miqdarda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
  • Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin təhsil müddəti ərzində təhsil haqqı 2023/2024-cü tədris ilindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi təhsil xərcləri miqdarında dövlət büdcəsi vəsaiti hesabına ödənilir. 

Daha ətraflı məlumat üçün 

  • Qeydiyyat, sənədlər və ödənişlə bağlı 050 268 38 19 nömrəli telefon ilə əlaqə saxlaya bilərsiniz. 
  • Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71