İctimaiyyətlə əlaqələr şöbəsi

Şöbə ictimaiyyətlə universitet, o cümlədən müxtəlif qurumlar və kütləvi informasiya vasitələri arasında qarşılıqlı və səmərəli əlaqələrin qurulması məqsədilə fəaliyyət göstərir və bu sahədə işlərin təşkilini və tənzimlənməsini həyata keçirir.

Şöbənin vəzifələri:

  • Universitetin fəaliyyətinə dair ictimai fikri öyrənir.
  • Universitetin fəaliyyəti, inkişaf strategiyası haqqında ictimaiyyəti davamlı olaraq informasiya ilə təmin edir.
  • Universitetin veb səhifəsini idarə edir, səhifəni informasiya ilə təmin edir.
  • Sosial şəbəkələrdə Universitetin səhifələrini yaradır, həmin səhifələri idarə edir və informasiya ilə təmin edir.
  • Universitetin fəaliyyətinin kütləvi informasiya vasitələrində işıqlandırılmasını təmin edir.
  • Universitetin fəaliyyəti ilə bağlı müxtəlif səpkili təqdimat mərasimi və tədbirlərin keçirilməsini təmin edir.
  • Universitetin fəaliyyətinə dair video materialların, filmlərin, reklam çarxlarının, banerlərin, kataloq və digər tanıtım materiallarının hazırlanmasını və yayılmasını təmin edir.
  • Mətbuat konfransları keçirir.
  • Universitetin foto və video arxivini yaradır.
  • Universitetin fəaliyyəti və inkişaf strategiyasına dair yeniliklərin ictimaiyyətin diqqətinə çatdırılması məqsədilə press-relizləri hazırlayır və yayılmasını təmin edir.
  • Abituriyentlərin və valideyinlərin Azərbaycan Universiteti haqqında dolğun məlumat əldə etmələrini təmin edir, bu məqsədlə məktəblərdə, hazırlıq kurslarında və universitetin tədris binasında müxtəlif səpkili tədbirlər keçirir.
  • Universitetin fəaliyyətini əks etdirən “Çağlayan” jurnalının çapını və yayılmasını təmin edir.
  • Kütləvi informasiya vasitələrinin monitorinqini aparır, universitetin fəaliyyəti barədə yayılan informasiyalar barədə universitetin əməkdaşlarını məlumatlandırır.

Şöbənin tərkibi

  • Lalə Tofiq qızı Dilənova – Müdir 
  • Ayşən Faxrəddin qızı Hüseynova – Müdir köməkçisi
  • Təhminə Elbrus qızı Hüseynova – Mütəxəssis
  • Leyla Fərhad qızı Məmmədəliyeva  – Mütəxəssis
  • Elxan Kamil oğlu Fərzəliyev – Qrafik-dizayner

Tel: (+994 12) 431 41 12/13/16 (daxili 133, 136)

Şöbənin tərkibi

Qəniyeva Venera Ramiz qızı – Şöbə müdiri

Dilənova Lalə Tofiq qızı –İctimaiyyətlə əlaqələr üzrə baş mütəxəssis

Hüseynova Ayşən Faxrəddin qızı – Korrektor

Səlimli Tural Habil oğlu – Marketinq üzrə mütəxəssis

Novruzlu Təhminə Elburus –Mütəxəssis

Rəcəbov Elşən Bəxtiyar - Fotoqraf