600 və yuxarı bal toplayaraq Azərbaycan Universitetinə ödənişli qəbul olan tələbələr təhsil müddəti ərzində təhsil haqqı ödənişindən aşağıdakı qaydada azad olunurlar:
Birinci tədris ili üçün təhsil haqqı ödənişindən tam azaddırlar;
İkinci tədris ilindən etibarən cari semestr üzrə orta müvəffəqiyyət göstəricisi 85-94,9 qiymətləri A/B olarsa, təhsil haqqı ödənişindən 50%, orta müvəffəqiyyət göstəricisi 95 və yuxarı, qiymətləri A/B olduqda təhsil haqqı ödənişindən tam azad olunurlar.