EVENTS
2024/2025-ci tədris ili üçün magistraturaya qəbul planı
12
06
Azərbaycan Universiteti
2024/2025-ci tədris ili üçün magistratura səviyyəsinə qəbul planı
Azərbaycan Universitetinə tələbə qəbulu Dövlət İmtahan Mərkəzi tərəfindən aparılır.
MBA proqramı istisna olmaqla bütün ixtisaslara dövlət sifarişi ilə qəbul mümkündür.
Göstərilən məbləğlər ödənişli təhsil alanlar üçündür.
- Filologiya
Ədəbiyyatşünaslıq (Amerika ədəbiyyatı), 3 yer, 2000 manat
Ədəbiyyatşünaslıq (ingilis ədəbiyyatı), 3 yer, 2000 manat
Azərbaycan dili, 3 yer, 2000 manat
Azərbaycan ədəbiyyatı, 3 yer, 2000 manat
Dilşünaslıq (ingilis dili), 3 yer 2000 manat - Tərcümə
Tərcümə (ingilis dili), 3 yer, 1500 manat - Tarix
Azərbaycanın qədim və orta əsrlər tarixi, 5 yer, 2000 manat
Azərbaycanın yeni və ən yeni tarixi, 5 yer, 2000 manat - Maliyyə
Bank işi, 10 yer, 2200 manat
Vergi və vergiqoyma, 10 yer, 2200 manat - İqtisadiyyat
İqtisadiyyatın hüquqi tənzimlənməsi, 10 yer, 2200 manat
Turizmin iqtisadiyyatı, 10 yer, 2200 manat - Menecment
Heyətin idarə edilməsi, Azərbaycan bölməsi, 5 yer, 2200 manat
Heyətin idarə edilməsi, ingilis bölməsi, 5 yer, 2500 manat
Menecment (sahələr üzrə), Azərbaycan bölməsi, 5 yer, 2200 manat
Menecment (sahələr üzrə), ingilis bölməsi, 5 yer, 2500 manat - Kompüter mühəndisliyi
Kompüter mühəndisliyi, 10 yer, 2000 manat - İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi
Kibertəhlükəsizlik, 10 yer, 2200 manat - Sosial iş
Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş, 15 yer, 2200 manat
Gənclərlə iş, 15 yer, 2200 manat - Təhsildə sosial-psixoloji xidmət
Təhsildə sosial-psixoloji xidmət, 5 yer, 2000 manat
- MBA (Master of Business Administration) proqramı
Biznesin təşkili və idarə edilməsi (maliyyə sahəsi üzrə), Azərbaycan bölməsi, 10 yer, 2200 manat
Biznesin təşkili və idarə edilməsi (maliyyə sahəsi üzrə), ingilis bölməsi, 10 yer, 2500 manat
Biznesin təşkili və idarə edilməsi (vergi üzrə), Azərbaycan bölməsi, 10 yer, 2200 manat
Biznesin təşkili və idarə edilməsi (vergi üzrə), ingilis bölməsi, 5 yer, 2500 manat
Biznesin təşkili və idarə edilməsi (mühasibat uçotu üzrə), Azərbaycan bölməsi, 10 yer, 2200 manat
Biznesin təşkili və idarə edilməsi (mühasibat uçotu üzrə), ingilis bölməsi, 5 yer, 2500 manat
Biznesin təşkili və idarə edilməsi (menecment üzrə), Azərbaycan bölməsi, 10 yer, 2200 manat
Biznesin təşkili və idarə edilməsi (menecment üzrə), ingilis bölməsi, 10 yer, 2500 manat
Biznesin təşkili və idarə edilməsi (marketinq üzrə), Azərbaycan bölməsi, 5 yer, 2200 manat
Biznesin təşkili və idarə edilməsi (marketinq üzrə)*, ingilis bölməsi, 5 yer, 2500 manat
Biznesin təşkili və idarə edilməsi (insan resurslarının idarə edilməsi), Azərbaycan bölməsi, 5 yer, 2200 manat
Biznesin təşkili və idarə edilməsi (insan resurslarının idarə edilməsi), ingilis bölməsi, 5 yer, 2500 manat
* Kadr hazırlığı İtaliya Respublikasının Tuscia Universiteti ilə birgə ikili diplom proqramı əsasında həyata keçirilir.
Magistratura səviyyəsi üzrə keçid balları (2024)
- Filologiya
Azərbaycan dili 56.5 (-)
Azərbaycan ədəbiyyatı 54 (-)
Dilşünaslıq (ingilis dili) 57 (-) - Tarix
Azərbaycanın qədim və orta əsrlər tarixi 61 (73.5)
Azərbaycanın yeni və ən yeni tarixi 60 (68.5) - Maliyyə
Bank işi 49 (-)
Vergi və vergiqoyma 49 (-) - İqtisadiyyat
İqtisadiyyatın hüquqi tənzimlənməsi 49.5 (-)
Turizmin iqtisadiyyatı 49 (-) - Menecment
Heyətin idarə edilməsi – 48
Heyətin idarə edilməsi, ingilis dilində – 56
Menecment (sahələr üzrə) – 51.5
Menecment (sahələr üzrə), ingilis dilində – 46 - Kompüter mühəndisliyi
Kompüter mühəndisliyi – 64 (64)
Kibertəhlükəsizlik – 65 (65) - Sosial iş
Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş – 59.5 (75)
Gənclərlə iş – 56 - MBA proqramı
Biznesin təşkili və idarə edilməsi (maliyyə üzrə), Azərbaycan dilində – 55
Biznesin təşkili və idarə edilməsi (maliyyə üzrə), ingilis dilində – 45
Biznesin təşkili və idarə edilməsi (vergi üzrə), Azərbaycan dilində – 50.5
Biznesin təşkili və idarə edilməsi (vergi üzrə), ingilis dilində – 45
Biznesin təşkili və idarə edilməsi (mühasibat uçotu üzrə), Azərbaycan dilində – 52
Biznesin təşkili və idarə edilməsi (mühasibat uçotu üzrə), ingilis dilində – 47
Biznesin təşkili və idarə edilməsi (menecment üzrə), Azərbaycan dilində – 53.5
Biznesin təşkili və idarə edilməsi (menecment üzrə), ingilis dilində – 45.5
Biznesin təşkili və idarə edilməsi (marketinq üzrə), ingilis dilində – 50.5
Bakalavrların nəzərinə çatdırırıq ki,
- MBA istisna olmaqla bütün ixtisaslaşmalara dövlət sifarişi əsasında (DS) qəbul mümkündür.
- Ödənişli əsaslarla qəbul olan tələbələr də II semestrdən başlayaraq Dövlət büdcəsinin vəsaiti hesabına təqaüd alırlar. Təqaüdlərin məbləği tələbənin akademik göstəricilərindən asılıdır və hər semestrin sonunda yenidən dəyərləndirilir.
- Azərbaycan Universiteti “Erasmus+”, “Mevlana” beynəlxalq mübadilə proqramlarının üzvüdür, Alman Akademik Mübadilə Ximdəti (DAAD) ilə əməkdaşlıq edir. “Erasmus+” proqramı tələbələrə Türkiyə və Avropanın qabaqcıl universitetlərində, DAAD proqramı Almaniya universitetlərində qısa müddətli təhsil imkanı qazandırır. “Mevlana” proqramı isə Türkiyə universitetləri ilə akademik mübadiləyə şərait yaradır.
- Azərbaycan Universitetinin bakalavriat pilləsindən cari ildə məzun olanlara təhsil müddəti ərzində təhsil haqqına 10 faiz güzəşt tətbiq olunacaqdır.
İmtiyazlı statusda olan tələbələr
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş; Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş; Hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladlarının təhsil haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına, geri qalanı isə Azərbaycan Universitetinin büdcəsi hesabına ödənilir.
- Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin təhsil müddəti ərzində təhsil haqqı 2023/2024-cü tədris ilindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına, geri qalanı isə Azərbaycan Universitetinin büdcəsi hesabına ödənilir.
- Hər iki valideynini itirmiş; valideyn himayəsindən məhrum olmuş yaxud bir valideyni vəfat etmiş və o biri valideyni I yaxud II qrup əlil olan 23 yaşınadək tələbələrin təhsi haqqı tam miqdarda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
- I və II dərəcə əlilliyi olan şəxslər, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqların təhsil haqqı tam miqdarda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Daha ətraflı məlumat üçün
Azərbaycan Universiteti haqqında daha ətraflı məlumat üçün vebsaytımızı (www.au.edu.az) ziyarət edə bilər, telefon yaxud e-poçt vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.
- Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71
Tel.: (+99412) 431 41 12/13/16 (133)
E-poçt: qebul@au.edu.az