EVENTS

Azərbaycan Universiteti kafedralarda boş olan vəzifələri tutmaq üçün müsabiqə elan edir

07
07

Azərbaycan Universiteti aşağıdakı kafedralarda boş olan vəzifələri tutmaq üçün  müsabiqə elan edir

  • İqtisadiyyat və idarəetmə kafedrasının müdiri
  • Maliyyə və mühasibat uçotu kafedrasının müdiri
  • İctimai elmlər kafedrasının müdiri
  • Siyasi elmlər kafedrasının müdiri
  • Dilşünaslıq kafedrasının müdiri
  • Xarici dillər kafedrasının müdiri
  • Riyaziyyat və informatika kafedrasının müdiri

Müsabiqədə iştirak etmək istəyən namizədlər rektorun adına yazılmış ərizə ilə birlikdə aşağıdakı sənədləri təqdim etməlidirlər:

  • Kadrlar uçotunun şəxsi vərəqəsi
  • Tərcümeyi-hal
  • Ali təhsil, elmi dərəcə və elmi ad haqqında sənədlərin surətləri
  • Elmi və elmi- metodiki işlərin siyahısı
  • Kafedranın inkişafı ilə bağlı platforma
  • Əmək kitabçasından çıxarış
  • Şəxsiyyət vəsiqəsinin surəti

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Kollegiyasının 15 noyabr 2017-ci il tarixli 5/5 saylı Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları”na əsasən göstərilən vəzifəni tutmaq üçün ali təhsil müəssisəsində kafedranın profilinə uyğun peşə-ixtisas hazırlığına, elmi ad və elmi dərəcələr, ən azı 5 il elmi-pedaqoji təcrübəyə malik şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqədə iştirak etmək istəyən namizədin ərizəsi və yuxarıda qeyd olunmuş sənədlər elan verildiyi gündən başlayaraq 1 (bir) ay müddətində Azərbaycan Universitetinə təqdim olunmalıdır.

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71

Əlavə məlumat almaq istəyənlər (012) 431 41 12 (daxili 115) nömrəli telefonla əlaqə saxlaya bilərlər.

İctimaiyyətlə əlaqələr şöbəsi
13.07.2022