EVENTS

Azərbaycan Universiteti magistratura səviyyəsinə 21 ixtisaslaşma üzrə qəbul aparacaq

08
06

Azərbaycan Universiteti 2021/2022-ci tədris ili üzrə magistratura səviyyəsinə aşağıdakı ixtisaslaşmalar üzrə qəbul elan edir. Qəbul, Dövlət İmtahan Mərkəzi tərəfindən vahid qaydada aparılır. Qəbul imtahanında əldə etdikləri nəticələrə uyğun olaraq müsabiqədə iştirak hüququ qazanan bakalavrlar Azərbaycan Universitetinin ixtisaslaşmalarını seçə bilərlər. MBA proqramı xaricində bütün ixtisaslaşmalara Dövlət Sifarişi əsasında (dövlət büdcəsinin vəsaiti hesabına) qəbul mümkündür.

  • Filologiya
    Ədəbiyyatşünaslıq (Amerika ədəbiyyatı) - 5 yer
    Ədəbiyyatşünaslıq (ingilis ədəbiyyatı) – 5 yer
    Azərbaycan dili - 5 yer
    Azərbaycan ədəbiyyatı – 5 yer
    Dilşünaslıq (ingilis dili) - 5 yer
  • Tərcümə
    Tərcümə (ingilis dili) - 5 yer
  • Tarix
    Azərbaycanın qədim və orta əsrlər tarixi -5 yer
    Azərbaycanın yeni və ən yeni tarixi - 5 yer
  • Maliyyə
    Bank işi - 5 yer
    Vergi və vergiqoyma - 5 yer
  • İqtisadiyyat
    İqtisadiyyatın hüquqi tənzimlənməsi - 5 yer
    Turizmin iqtisadiyyatı - 5 yer
  • Kompüter elmləri
    İqtisadi fəaliyyətin riyazi və informasiya təminatı – 10 yer
  • Kompüter mühəndisliyi
    Kompüter mühəndisliyi - 5 yer
  • Sosial iş
    Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş - 10 yer
    Gənclərlə iş - 10 yer
  • MBA proqramı
    Biznesin təşkili və idarə edilməsi (maliyyə sahəsi üzrə) - Azərbaycan bölməsi 5 yer, ingilis bölməsi 5 yer
    Biznesin təşkili və idarə edilməsi (marketinq üzrə) - Azərbaycan bölməsi 5 yer, ingilis bölməsi 5 yer
    Biznesin təşkili və idarə edilməsi (vergi üzrə) - Azərbaycan bölməsi 5 yer, ingilis bölməsi 5 yer
    Biznesin təşkili və idarə edilməsi (mühasibat uçotu üzrə) - Azərbaycan bölməsi 5 yer, ingilis bölməsi 5 yer
    Biznesin təşkili və idarə edilməsi (menecment uçotu üzrə) - Azərbaycan bölməsi 5 yer, ingilis bölməsi 5 yer

Bakalavrların nəzərinə çatdırırıq ki,

  • Azərbaycan Universitetinin magistratura pilləsinə qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən və vahid qaydada aparılır.
  • Bütün ixtisaslaşmalarda təhsilalma forması əyanidir.
  • MBA istisna olmaqla bütün ixtisaslaşmalara dövlət sifarişi əsasında (ödənişsiz) qəbul mümkündür.
  • Ödənişli əsaslarla təhsil alanlar üçün Tərcümə (ingilis dili) ixtisaslaşması üzrə təhsil haqqı 1500 manat, Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş və  Gənclərlə iş ixtisaslaşmaları üzrə 2200 manat, digər bütün ixtisaslaşamalar üzrə isə 2000 manatdır.
  • Ödənişli əsaslarla qəbul olan tələbələr də II semestrdən başlayaraq Dövlət büdcəsinin vəsaiti hesabına təqaüd alırlar. Təqaüdlərin məbləği 80, 120, 145 manat olmaqla tələbənin akademik göstəricilərindən asılıdır və hər semestrin sonunda yenidən dəyərləndirilir.
  • Azərbaycan Universiteti “Erasmus+”, “Mevlana”, DAAD kimi beynəlxalq mübadilə proqramlarının üzvüdür.  “Erasmus+” proqramı tələbələrə Türkiyə və Avropanın qabaqcıl universitetlərində, DAAD proqramı Almaniya universitetlərində qısa müddətli təhsil imkanı qazandırır. “Mevlana” proqramı isə Türkiyə universitetləri ilə akademik mübadiləyə şərait yaradır.
  • Azərbaycan Universiteti magistratura səviyyəsi üzrə Ukraynanın Xarkov Milli Radioelektronika Universiteti ilə birgə Beynəlxalq İkili Diplom Proqramı təqdim edir. Proqram kompüter elmləri və kompüter mühəndisliyi ixtisaslarını əhatə edir.
  • Azərbaycan Universitetinin bakalavriat pilləsindən bu il məzun olanlara təhsil müddəti ərzində təhsil haqqına 10 faiz güzəşt tətbiq olunacaq.

 

İctimaiyyətlə əlaqələr şöbəsi
08.06.2021