EVENTS
Azərbaycan Universiteti 2025/2026-cı tədris ili üçün magistratura səviyyəsinə qəbul elan edir
21
06
- Filologiya
Ədəbiyyatşünaslıq (Amerika ədəbiyyatı), 3 yer, 2000 manat
Ədəbiyyatşünaslıq (ingilis ədəbiyyatı), 3 yer, 2000 manat
Azərbaycan dili, 3 yer, 2000 manat
Azərbaycan ədəbiyyatı, 3 yer, 2000 manat
Dilşünaslıq (ingilis dili), 3 yer, 2000 manat - Psixologiya
Təhsil psixologiyası, 5 yer, 2000 manat (YENİ) - Tarix
Azərbaycanın qədim və orta əsrlər tarixi, 5 yer, 2000 manat
Azərbaycanın yeni və ən yeni tarixi, 5 yer, 2000 manat - Tərcümə
Tərcümə (ingilis dili), 3 yer, 1500 manat - İqtisadiyyat
Turizmin iqtisadiyyatı, 10 yer, 2200 manat
İqtisadiyyatın hüquqi tənzimlənməsi, 10 yer, 2200 manat - Maliyyə
Bank işi*, 10 yer, 2200 manat
Vergi və vergiqoyma, 10 yer, 2200 manat - Menecment
İnsan resursları menecmenti (Azərbaycan bölməsi), 5 yer, 2200 manat
İnsan resursları menecmenti (ingilis bölməsi), 5 yer, 2500 manat
Təhsil menecmenti (Azərbaycan bölməsi), 5 yer, 2200 manat
Təhsil menecmenti (ingilis bölməsi), 5 yer, 2500 manat - İnformasiya təhlükəsizliyi
Kibertəhlükəsizlik, 10 yer, 2200 manat - Kompüter mühəndisliyi
Kompüter sistemləri və şəbəkələri, 10 yer, 2000 manat - Sosial iş
Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş, 15 yer, 2200 manat
Gənclərlə iş*, 15 yer, 2200 manat - MBA proqramı (Master of Business Administration)
Biznesin təşkili və idarə edilməsi (maliyyə sahəsi üzrə), Azərbaycan bölməsi, 15 yer, 2200 manat
Biznesin təşkili və idarə edilməsi (maliyyə sahəsi üzrə), ingilis bölməsi, 15 yer, 2500 manat
Biznesin təşkili və idarə edilməsi (mühasibat üzrə), Azərbaycan bölməsi, 15 yer, 2200 manat
Biznesin təşkili və idarə edilməsi (mühasibat üzrə), ingilis bölməsi, 5 yer, 2500 manat
Biznesin təşkili və idarə edilməsi (marketinq üzrə), Azərbaycan bölməsi, 5 yer, 2200 manat
Biznesin təşkili və idarə edilməsi (marketinq üzrə)**, ingilis bölməsi, 5 yer, 2500 manat
Biznesin təşkili və idarə edilməsi (insan resurslarının idarə edilməsi), Azərbaycan bölməsi, 5 yer, 2200 manat
Biznesin təşkili və idarə edilməsi (insan resurslarının idarə edilməsi), ingilis bölməsi, 5 yer, 2500 manat
*Təhsil müddəti 1,5 ildir. Bu ixtisaslaşma üzrə magistrlik dissertasiyasının müdafiəsi nəzərdə tutulmadığından, məzun təhsilini doktoranturada davam etdirə bilməz.
** Kadr hazırlığı İtaliyanın Tuscia Universiteti ilə birgə ikili diplom proqramı çərçivəsində aparılacaqdır. Proqrama qəbul olan tələbələr I, II və III semestrdə Azərbaycan Universitetində, IV semestrdə isə İtaliyanın Tuscia Universitetində təhsil alacaqlar. Tələbələrin İtaliyanın Tuscia Universitetində təhsil aldıqları dövrdə təhsil və nəqliyyat xərcləri Azərbaycan Universiteti tərəfindən qarşılanacaqdır.
Magistratura səviyyəsi üzrə keçid balları (2025)
- Filologiya
Ədəbiyyatşünaslıq (Amerika ədəbiyyatı) 50
Ədəbiyyatşünaslıq (ingilis ədəbiyyatı) 50
Azərbaycan dili 50
Azərbaycan ədəbiyyatı 50
Dilşünaslıq (ingilis dili) 50 - Tərcümə
Tərcümə (ingilis dili) 50 - Tarix
Azərbaycanın qədim və orta əsrlər tarixi 52 (-)
Azərbaycanın yeni və ən yeni tarixi 53 (61.5) - Maliyyə
Bank işi 47 (-)
Vergi və vergiqoyma 45 (-) - İqtisadiyyat
İqtisadiyyatın hüquqi tənzimlənməsi 47.1 (-)
Turizmin iqtisadiyyatı 46.5 (-) - Menecment
Heyətin idarə edilməsi, Azərbaycan bölməsi 46 (-)
Heyətin idarə edilməsi, ingilis bölməsi 45 (-)
Menecment (sahələr üzrə), Azərbaycan bölməsi 48.5 (-)
Menecment (sahələr üzrə), ingilis bölməsi 45 (-) - Kompüter mühəndisliyi
Kompüter mühəndisliyi 60 (60) - İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi
Kibertəhlükəsizlik 59 (59) - Sosial iş
Həyat fəaliyyətinin müxtəlif sahələrində sosial iş 44.5 (67)
Gənclərlə iş 44.5 (-) - MBA (Master of Business Administration) proqramı
Biznesin təşkili və idarə edilməsi (maliyyə sahəsi üzrə), Azərbaycan bölməsi – 48.5
Biznesin təşkili və idarə edilməsi (maliyyə sahəsi üzrə), ingilis bölməsi – 58.5
Biznesin təşkili və idarə edilməsi (mühasibat uçotu üzrə), Azərbaycan bölməsi – 45
Biznesin təşkili və idarə edilməsi (mühasibat uçotu üzrə), ingilis bölməsi – 46
Biznesin təşkili və idarə edilməsi (marketinq üzrə), Azərbaycan bölməsi – 54.5
Biznesin təşkili və idarə edilməsi (marketinq üzrə)*, ingilis bölməsi – 46.5
Biznesin təşkili və idarə edilməsi (insan resurslarının idarə edilməsi), Azərbaycan bölməsi – 46
Biznesin təşkili və idarə edilməsi (insan resurslarının idarə edilməsi), ingilis bölməsi – 48
Bakalavrların nəzərinə çatdırırıq ki,
- Azərbaycan Universitetinin magistratura səviyyəsinə qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aparılır.
- Bütün ixtisaslaşmalarda təhsilalma forması əyanidir.
- MBA proqramı istisna olmaqla bütün ixtisaslaşmalara dövlət sifarişi əsasında (DS) qəbul mümkündür.
- Ödənişli əsaslarla qəbul olan tələbələr də II semestrdən başlayaraq Dövlət büdcəsinin vəsaiti hesabına təqaüd alırlar. Təqaüdlərin məbləği tələbənin akademik göstəricilərindən asılıdır və hər semestrin sonunda yenidən dəyərləndirilir.
- Tələbələrə üniversitetin üzv olduğu mübadilə proqramları və universitetlərarası müqavilə ilə Avropa və Türkiyənin tərəfdaş universitetlərində təqaüdlü təhsil və akademik təcrübə imkanları yaradılır.
- Azərbaycan Universitetindən bakalavriat səviyyəsi üzrə cari ildə məzun olanlara təhsil müddəti ərzində təhsil haqqına 10 faiz güzəşt tətbiq olunur.
İmtiyazlı statusda olan tələbələr
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş; Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş; Hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladlarının təhsil haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına, geri qalanı isə Azərbaycan Universitetinin büdcəsi hesabına ödənilir.
- Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin təhsil müddəti ərzində təhsil haqqı 2023/2024-cü tədris ilindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına, geri qalanı isə Azərbaycan Universitetinin büdcəsi hesabına ödənilir.
- Hər iki valideynini itirmiş; valideyn himayəsindən məhrum olmuş yaxud bir valideyni vəfat etmiş və o biri valideyni I yaxud II qrup əlil olan 23 yaşınadək tələbələrin təhsi haqqı tam miqdarda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
- “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən, şəhid ailəsinin üzvlərinin təhsil haqqı tam miqdarda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
- I və II dərəcə əlilliyi olan şəxslər, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin təhsil haqqı tam miqdarda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Daha ətraflı məlumat üçün
Azərbaycan Universiteti haqqında daha ətraflı məlumat üçün vebsaytımızı (www.au.edu.az) ziyarət edə bilər, telefon yaxud e-poçt vasitəsilə bizimlə əlaqə saxlaya bilərsiniz.
- Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71
- Tel.: (+99412) 431 41 12/13/16 (126)
- Humanitar elmlər üzrə: 055 220 40 62
- İqtisad elmləri üzrə: 050 268 38 08
- E-poçt: qebul@au.edu.az