EVENTS

Azərbaycan Universitetinin dissertanturasına müraciət edən namizədlərin nəzərinə!

31
08

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli Qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”nda dəyişiklik edilməsi barədə qərara uyğun olaraq 14 sentyabr 2021-ci il tarixində Azərbaycan Universitetinin dissertanturasına müraciət edən namizədlərlə müsahibə təşkil olunacaqdır. Müsahibə saat 10.00-da başlayacaqdır.

Müsahibə haqqında məlumat Beynəlxalq Magistratura və Doktorantura Mərkəzi tərəfindən namizədlərin elektron poçt ünvanlarına göndərilib. 

Müsahibədə iştirak edən bütün namizədlərə uğurlar arzulayırıq!

İctimaiyyətlə əlaqələr şöbəsi
31.08.2021