İkinci ali təhsil əyani və qiyabi təhsil formalarında həyata keçirilir. İkinci ali təhsili almaq üçün əvvəlki ali təhsili və ya hal-hazırda (bir ildən az olmayaraq) işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər qəbul oluna bilərlər. Bu şərtlərin ödənilməsi təhsil müəssisəsində müsabiqə komissiyası tərəfindən müəyyən edilir. Təkrar ali təhsil üçün sənəd qəbulu 02-31 avqust 2021 tarixlərində və yalnız onlayn formada office@au.edu.az elektron poçtu vasitəsilə aparılacaqdır. Müraciət üçün aşağıdakı sənədlərin təqdim olunması tələb olunur:
Təhsil müəssisəsi rəhbərinin adına ərizə
Ali təhsili haqqında sənədin (diplomun) surəti, diploma əlavə və akademik transkript
əmək kitabçasından çıxarış
iş yerindən arayış
4 ədəd 3x4 fotoşəkil
Şəxsiyyət vəsiqəsinin surəti
Sağlamlıq haqqında arayış
Təhsil xərclərinin miqdarı ali təhsil müəssisəsinin özü tərəfindən müəyyən edilir.