Təkrar ali təhsil

Azərbaycan Universitetində təkrar ali təhsil aşağıdakı ixtisaslar üzrə təşkil olunur:

  • İnformasiya texnologiyaları (qiyabi)
  • Biznesin idarə edilməsi (qiyabi)
  • Marketinq (qiyabi)
  • Mühasibat (qiyabi)
  • Sosial iş (qiyabi)
  • Turizm işinin təşkili (qiyabi)

Azərbaycan Universitetində təkrar ali təhsil qiyabi formada və ödənişli əsaslarla həyata keçirilir. 

Təhsil haqqı bütün ixtisaslar üzrə illik 2000 manatdır.

Sənədlərin qəbulu Elm və Təhsil Nazirliyinin portal.edu.az saytı vasitəsilə və nazirlik tərəfindən müəyyən olunmuş tarixlərdə elektron qaydada həyata keçirilir. Qeyd olunan ixtisaslara qəbul olmaq istəyənlər tələb olunan sənədləri ilk növbədə https://portal.edu.az/ portalı vasitəsilə təqdim etməli, daha sonra isə office@au.edu.az elektron poçtuna göndərməlidirlər. Müvafiq tələblərə cavab verənlər təkrar ali təhsil almaq hüququnu qazanırlar.

Təkrar ali təhsil almaq üçün əvvəlki ali təhsili və ya hazırda (bir ildən az olmayaraq) işlədiyi vəzifəsi seçdiyi ixtisasa uyğun gələn şəxslər qəbul oluna bilərlər. Bu şərtlərin ödənilməsi təhsil müəssisəsində  müsabiqə komissiyası tərəfindən müəyyən edilir.

Müraciət üçün aşağıdakı sənədlərin təqdim olunması tələb olunur:

  • Təhsil müəssisəsi rəhbərinin adına ərizə
  • Ali təhsili haqqında sənədin (diplomun) surəti, diploma əlavə və akademik transkript
  • Əmək kitabçasından çıxarış (zəruridir)
  • İş yerindən arayış
  • 4 ədəd 3x4 fotoşəkil
  • Şəxsiyyət vəsiqəsinin surəti
  • Sağlamlıq haqqında arayış

Daha ətraflı məlumat üçün 

  • Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71
  • Tel.: (+99412) 431 41 12 (118)