NEWS

Dissertant Aytən Ağalarovanın ilkin müzakirəsi təşkil olunub

Dissertant Aytən Ağalarovanın ilkin müzakirəsi təşkil olunub

14 march 2025

Baxış sayı: 27

Tərcümə və filologiya kafedrasının iclasında dissertant Aytən Qorxmaz qızı Ağalarovanın filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirdiyi “Müasir ingilis dilindəki bədii mətnlərin təhkiyə strukturunda keçmişin ifadə vasitələri” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib.

Tərcümə və filologiya kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Gülnar Rzayevanın sədrlik etdiyi iclasda təqdim olunmuş dissertasiya işi müzakirə olunub, tamamlanmış elmi tədqiqat işi kimi yüksək qiymətləndirilib.

Sonda dissertasiya işinin filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Ali Attestasiya Komissiyası tərəfindən dissertasiya işinə qoyulan tələblərə cavab verdiyi qeyd olunub və müdafiənin növbəti mərhələsinə tövsiyə olunması qərara alınıb.

Dissertantın elmi rəhbəri filologiya elmləri doktoru, professor Azad Məmmədovdur.

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS