NEWS

Abituriyent Məsləhət Mərkəzinə 700-dən çox abituriyent və subbakalavr müraciət edib

Abituriyent Məsləhət Mərkəzinə  700-dən çox abituriyent və subbakalavr müraciət edib

20 august 2025

Baxış sayı: 51

Azərbaycan Universitetində fəaliyyət göstərən Abituriyent Məsləhət Mərkəzinə 11–19 avqust 2025-ci il tarixlərində aparılan ixtisas seçimi günlərində ümumilikdə 718 abituriyent və subbakalavr müraciət edib. Mərkəzin xüsusi təlim keçmiş əməkdaşları tərəfindən I, II, III, IV və V ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq istəyən abituriyentlər, o cümlədən subbakalavrlara elektron ixtisas seçimi ərizəsinin doldurulması və təsdiq edilməsi qaydası, müsabiqə şərtləri, ixtisas seçimi zamanı diqqət yetirilməli olan vacib məsələlər haqqında məsləhət xidməti və texniki dəstək göstərilib. Mərkəzə telefonla daxil olan sorğular da cavablandırılıb.

Qeyd edək ki, mərkəz, 2018-ci ildə Dövlət İmtahan Mərkəzi ilə razılıq əsasında yaradılıb və artıq 8 ildir ki ödənişsiz əsaslarla fəaliyyət göstərir. Ali təhsil müəssisələrinin boş qalan plan yerləri və tam (11 illik) orta təhsil bazasında kolleclərə qəbul olmaq istəyən abituriyent və subbakalavrlar da Dövlət İmtahan Mərkəzinin elan edəcəyi ixtisas seçimi günlərində mərkəzə müraciət edə biləcəklər. 

Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Hacıbəyli 71
Tel.: (+99412) 431 41 17

İctimaiyyətlə əlaqələr şöbəsi

   

OTHER NEWS