NEWS

Tələbə Elmi Cəmiyyətinin fəal üzvləri sertifikatla təltif olunublar

Tələbə Elmi Cəmiyyətinin fəal üzvləri sertifikatla təltif olunublar

25 february 2026

Baxış sayı: 49

Biznes və iqtisadiyyat fakültəsinin Tələbə Elmi Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən “Analysis of “The Economist’s” journal cover page: Global Economic and Cultural Contexts” adlı müzakirədə fəal iştirak edən tələbələr sertifikatla təltif olunublar. Tələbələrə sertifikatlarını fakültənin dekanı Tural Qocayev təqdim edib. 

Müzakirədə Biznes və iqtisadiyyat fakültəsinin ingilis bölməsi üzrə III kurs tələbələri Aytən Aslanova (Mühasibat), Gülnarə Süleymanova (Marketinq),  Nərmin Abdullayeva (Marketinq), Aysel Musayeva (Mühasibat) və Fəxri Məmmədli (Biznesin idarə edilməsi) “The Economist” jurnalının 2026-cı il üz qabığı ilə bağlı hazırladıqları təqdimatları auditoriya ilə bölüşüblər. Təqdimatlarda jurnalın üz qabığında yer alan simvollar qlobal iqtisadi proseslər, geosiyasi dəyişikliklər və mədəni kontekst baxımından təhlil olunub. 

Tədbirdə həmçinin 1992-ci ildə ABŞ Konqresi tərəfindən “Azadlığa dəstək aktı”na (Freedom Support Act) əlavə edilən və ABŞ-nin Azərbaycana birbaşa dövlət yardımını qadağan edən 907-ci düzəliş və hazırkı vəziyyəti haqqında da məlumat verilib, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və ABŞ prezidenti Donald Trumpın görüşündən videoçarx təqdim olunub.

İctimaiyyətlə əlaqələr şöbəsi

OTHER NEWS