NEWS

Azərbaycan Universiteti Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə keçirilən ali təhsil müəssisələrinin sərgisində öz stendi ilə təmsil olunur. Azərbaycan Universitetinin stendini ziyarət edən abituriyentlər, valideynlər və müəllimlərə qəbul planı, tələbələr üçün yaradılan təqaüd, xaricdə təhsil və akademik təcrübə imkanları, tələbə həyatı, universitetin maddi-texniki bazası və digər üstünlükləri haqqında ətraflı məlumat verilir, suallar cavablandırlır. İyulun 31-dək davam edəcək sərgi çərçi

Azərbaycan Universiteti Dövlət İmtahan Mərkəzinin təşkilatçılığı ilə keçirilən ali təhsil müəssisələrinin sərgisində öz stendi ilə təmsil olunur. Azərbaycan Universitetinin stendini ziyarət edən abituriyentlər, valideynlər və müəllimlərə qəbul planı, tələbələr üçün yaradılan təqaüd, xaricdə təhsil və akademik təcrübə imkanları, tələbə həyatı, universitetin maddi-texniki bazası və digər üstünlükləri haqqında ətraflı məlumat verilir, suallar cavablandırlır. 

İyulun 31-dək davam edəcək sərgi çərçivəsində hər gün saat 14.00-dan 15.00-dək 405 nömrəli otaqda Azərbaycan Universitetinin abituriyentlər üçün xüsusi təqdimatı keçirilir. 

Mərkəzin Elektron İmtahanlar Korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov, 50) keçirilən sərginin məqsədi ixtisas seçimindən əvvəl abituriyentləri ali təhsil müəssisələrinin imkanları ilə tanış etmək və onların ixtisas seçiminin müəyyən olunmasına dəstək göstərməkdir.

İctimaiyyətlə əlaqələr şöbəsi

/userfiles/uploads/3c064fb3b44fb05efafcc4f40efec4b3.jpg


OTHER NEWS