NEWS

Pakistanın Pəncab Universiteti ilə əməkdaşlıq imkanları müzakirə olunub

Pakistanın Pəncab Universiteti ilə əməkdaşlıq imkanları müzakirə olunub

26 july 2024

Baxış sayı: 224

Pakistanın Pəncab Universitetinin (University of the Punjab) və Hailey Ticarət Kollecinin (Hailey College of Commerce) professoru  Ashfaq Ahmad Azərbaycan Universitetini ziyarət edib. Görüşdə Azərbaycan Universitetini Elmi işlər üzrə prorektor Yusif Qasımov və İnformasiya - kommunikasiya texnologiyaları fakültəsinin dekanı Asif Paşayev təmsil edib. 

Azərbaycan Universiteti ilə Pəncab Universiteti arasında əməkdaşlıq imkanlarının müzakirə olunduğu görüşdə tərəflər qarşılıqlı olaraq təmsil etdikləri ali təhsil müəssisəsinin fəaliyyəti, tədris olunan ixtisaslar, beynəlxalq əlaqələr, beynəlxalq layihələrdə və mübadilə proqramlarında iştirak, elmi aktivlik haqqında məlumat verib, əməkdaşlıq istiqamətləri haqqında fikir mübadiləsi aparıblar.

İctimaiyyətlə əlaqələr şöbəsi


OTHER NEWS