Voice of Books Klubu (“Kitabların Səsi” Klubu)

Voice of Books Klubu (“Kitabların Səsi” Klubu) 2023-cü ildə universitetdə kitabxana və mütaliə mədəniyyətinin inkişafını təşviq etmək məqsədilə kafedranın baş müəllimi Xəyalə Əliyevanın rəhbərliyi ilə fəaliyyət göstərən “Qiraət” dərnəyinin əsasında  yaradılmışdır. “Kitabların Səsi” Klubunun rəhbəri Emiliya Əliyeva, klubun sədri isə Fidan Muxtarovadır. 

Instagram: @voice.of.books

Klub qiraətə maraq göstərən tələbə və müəllimləri bir araya gətirərək elmi, mədəni və ədəbi fəaliyyətləri dəstəkləyən sosial bir mühit yaradır. Klubun əsas məqsədi universitetdə oxu vərdişlərinin gücləndirilməsi, tələbələrin analitik düşüncə, tənqidi yanaşma və ədəbi biliklərinin artırılmasıdır. Bunun üçün klub mütəmadi olaraq müzakirə saatları, kitab təqdimatları, müəllif görüşləri, maarifləndirici seminarlar və müxtəlif ədəbi layihələr təşkil edir.

Klubun missiyası tələbələrdə mütaliə mədəniyyətini inkişaf etdirmək, bədii-estetik zövqü formalaşdırmaq, analitik düşüncə və kommunikasiya bacarıqlarını gücləndirmək, elmi-mədəni mühitə aktiv inteqrasiyanı təmin etməkdir.

Kluba üzvlük şərtləri olduqca sadədir – universitetin qiraəti sevən hər bir tələbə və müəllimi bu ədəbi birlikdə iştirak edə bilər. Klubun fəaliyyəti universitetdə mədəni mühitin formalaşmasına, tələbələrin intellektual inkişafına və mütaliə vərdişlərinin zənginləşməsinə mühüm töhfə verir.

Klubun fəaliyyət planı (2025/2026-cı tədris ili üzrə)

I semestr (sentyabr – dekabr)

  • Yeni üzvlərin qəbulu və oriyentasiya görüşü
  • Aylıq qiraət görüşləri
  • “Ədəbiyyat və çağdaş gənclər” seminar seriyası
    Mövzular:
    Ədəbiyyat və incəsənət
    Texnologiya əsrində kitab və mütaliə vərdişləri

II semestr (fevral – may)

  • Aylıq qiraət görüşləri
  • “Ədəbiyyat və çağdaş gənclər” seminar seriyasının davamı
    Mövzular:
    Ədəbiyyat və incəsənət
    Texnologiya əsrində kitab
  • Teatr səfəri
  • “Kitabqurdu” Yarışması
  • İlin yekun iclası və hesabat toplantısı

Əlavə fəaliyyətlər (il boyu)

  • Sosial mediada maarifləndirici rubrikalar
    “Həftənin kitabı”
    “Yazıçıdan bir cümlə”
    “Oxu motivasiyası” rubrikaları
    Tələbələrin kitab rəylərinin paylaşılması
  • Karyera yönümlü görüşlər və şirkət ziyarətləri
    Nəşriyyatlara, media qurumlarına və kitabxanalara ziyarətlər
    Redaktor, tərcüməçi, müəllif və nəşriyyat mütəxəssisləri ilə görüşlər
    Tələbələrdə karyera hədəflərinin formalaşdırılmasına dəstək

Klubun keçirdiyi tədbirlər