NEWS
İKT fakültəsinin tələbəsi payız semestrini Almaniyada oxuyacaq
Azərbaycan Universitetinin tələbəsi universitetlərarası mübadilə proqramı çərçivəsində 2025/2026-cı tədris ilinin payız semestrini Almaniyanın Koblenz Universitetində davam etdirmək hüququ əldə edib.
Mübadilə proqramında iştirak etməyə haqq qazanmış tələbə İnformasiya-kommunikasiya texnologiyaları fakültəsinin İnformasiya təhlükəsizliyi ixtisasının III kurs tələbəsi Eltun Xudiyevdir.
Tələbəmizi təbrik edir, bu təcrübənin onun şəxsi inkişafına və peşəkar kadr kimi yetişməsinə böyük töhfə verəcəyinə inanırıq!
Qeyd edək ki, xaricdə təqaüdlü təhsil ilə bağlı əlaqələndiricilik məsələləri Beynəlxalq əlaqələr şöbəsi tərəfindən həyata keçirilir. Tələbə mübadilə proqramları çərçivəsində xarici tərəfdaş universitetlərdə qısamüddətli təhsil almaq istəyən tələbələr daha ətraflı məlumat əldə etmək üçün Beynəlxalq əlaqələr şöbəsinə müraciət edə bilərlər. Mübadilə proqramında iştirak etmək istəyən tələbələr yüksək akademik göstəricilərə sahib olmalıdırlar.
İctimaiyyətlə əlaqələr şöbəsi