NEWS
Azərbaycan Universitetinin əməkdaşları keyfiyyət və dayanıqlılıq forumunda iştirak ediblər
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) və Mingəçevir Dövlət Universitetinin birgə təşkilatçılığı “Təhsildə Keyfiyyət, Dayanıqlılıq və İnnovasiya Forumu - 2026” adlı tədbir keçirilib. Mingəçevir şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan forumda Azərbaycan Universitetinin Keyfiyyət təminatı şöbəsinin əməkdaşları Səkinə Nadirova və Güllü Hacıyeva tədbirin panel müzakirələrini və işgüzar görüşü yaxından izləyərək ali təhsildə keyfiyyət təminatı, beynəlxalq akkreditasiya, universitet - sənaye əməkdaşlığı və süni intellektin tətbiqi istiqamətlərində aparılan müzakirələrdə iştirak ediblər.
Tədbirin əsas məqsədi ali və orta ixtisas təhsilində keyfiyyət təminatı sistemlərinin təkmilləşdirilməsi, dayanıqlı inkişaf prinsiplərinin tətbiqi və innovativ yanaşmaların təşviqidir. Forum, ali təhsildə keyfiyyət mədəniyyətinin gücləndirilməsi və təcrübə mübadiləsinin aparılması baxımından əhəmiyyətli platforma kimi nəzərdə tutulub.
İctimaiyyətlə əlaqələr şöbəsi