ERASMUS+ MOBİLLİK PROQRAMI
“Erasmus+KA1” Avropa İttifaqı tərəfindən yaradılmış və daha geniş “Erasmus+” təşəbbüsü çərçivəsində maliyyələşdirilən mübadilə proqramıdır. Proqram, xüsusilə təhsil, təlim və gənclər sahəsində mobilliyin və əməkdaşlığın dəstəklənməsinə diqqət yetirir. Mübadilə proqramı tələbə, akademik və inzibati heyətin mübadiləsi, universitetlər arasında strateji tərəfdaşlıq da daxil olmaqla müxtəlif təhsil fəaliyyətlərində iştirak edən şəxslərə və təşkilatlara maliyyə dəstəyi verir. Məqsəd təhsilin keyfiyyətini artırmaq, əməkdaşlıq və universitetlər arasında bilik və ən yaxşı təcrübə mübadiləsini təşviq etməkdir.
Tələbə mübadiləsi
Erasmus+ mübadilə proqramına müraciət edən tələbələr hər təhsil səviyyəsində bir dəfə proqramda iştirak etmək hüququna malikdir. Mübadilə proqramında yalnız əyani təhsil alan tələbələr iştirak edə bilərlər. Proqram çərçivəsində xarici ölkədə bir semestr bakalavriat və ya magistratura səviyyəsində təhsil almaq istəyən tələbələr aşağıdakı sənədləri Beynəlxalq Əlaqələr Şöbəsinə təqdim etməlidirlər:
Müsabiqədə iştirak etmək istəyən tələbələr Universitet daxilində təşkil olunan komissiya tərəfindən müsahibəyə dəvət olunurlar (müsahibədə dil səviyyəsinə baxılır və ixtisas üzrə suallar verilir).
Əməkdaşların mübadiləsi
Tədris mübadiləsi: Ali təhsil müəssisəsinin ştatda olan professor - müəllim heyətinə və ya müəssisə işçilərinə xarici tərəfdaş ali təhsil müəssisəsində 8 saat tədris aparmaq imkanı verir.
Təlim mübadiləsi: Ali təhsil müəssisəsinin ştatda olan inzibati heyətinə xaricdə təlim tədbirlərində iştirak etmələrini (konfranslar istisna olmaqla) və tərəfdaş ali təhsil müəssisəsində təcrübə keçmələrini dəstəkləyir. Mübadilə müddəti 1-2 həftədir.
Mübadilədə iştirak etmək istəyən əməkdaşlar aşağıdakı sənədləri Beynəlxalq Əlaqələr Şöbəsinə təqdim etməlidirlər:
Azərbaycan Universiteti hazırda "Erasmus+ KA1" mübadilə layihələri çərçivəsində aşağıdakı universitetlərlə ikitərəfli müqavilələr əsasında kredit mobilliyi həyata keçirir.
Tərəfdaş universitetlərin siyahısı və ayrılmış yerlərin sayı (kvota) hər tədris ili və ya semestrdə dəyişə bilər. Bununla bağlı məlumat və yeniliklər müntəzəm olaraq Universitetin rəsmi saytında və sosial media səhifələrində yerləşdirilir.
MEVLANA MÜBADİLƏ PROQRAMI
Azərbaycan Universiteti 2013-cü ildən başlayaraq Mevlana Mübadilə Proqramı çərçivəsində Türkiyənin ali təhsil müəssisələri ilə əməkdaşlıq edir. Proqram Türkiyənin ali təhsil müəssisələri ilə digər ölkələrin ali təhsil müəssisələri arasında tələbə və akademik heyətin mübadiləsini asanlaşdırmağa yönəlib. Azərbaycanlı tələbələr Türkiyədə bir (minimum) və ya iki (maksimum) semestr müddətində təhsil ala bilərlər, Akademik heyət isə iki həftədən (minimum) üç aya qədər (maksimum) tədris prosesində iştirak edə bilər.
Mevlana Mübadilə Proqramına müraciət tələbləri:
Tələbələr üçün şərtlər: Mevlana Mübadilə Proqramının tələbələri öz ölkələrində digər təqaüd və qrantlarını almağa davam edir. Onlar təhsil haqqını oxuduqları ali təhsil müəssisəsinə ödəyir və qəbul olunduqları müəssisəyə əlavə hər hansı ödəniş etmirlər. Türkiyə ali təhsil müəssisələrinə gedən tələbələrə YÖK İdarə Heyətinin müəyyən etdiyi nisbətlərə əsasən təqaüd verilir.
Ətraflı: https://mevlana.yok.gov.tr/
Mevlana Mübadilə Proqramı çərçivəsində tərəfdaş universitetlər