İnformasiya-kommunikasiya texnologiyaları fakültəsi 2016-cı ildə yaradılmışdır. Fakültənin prioriteti daim inkişaf etmək, ölkəmiz üçün informasiya texnologiyaları sektoruna layiqli mütəxəssislər hazırlamaqdır.
Fakültə tədrisin beynəlxalq standartlara uyğun qiymətləndirilməsi üçün ECDL təlim-test mərkəzinin yaradılmasında bilavasitə iştirak etmişdir. Universitetlərin beynəlmiləşməsi istiqamətində Azərbaycan Universitetində ilk dəfə olaraq Ukraynanın Xarkov Milli Radioelektronika universiteti ilə birgə Kompüter mühəndisliyi və Kompüter elmləri ixtisaslarını əhatə edən beynəlxalq ikili diplom proqramı fakültənin tərkibində yaradılmış, qeyd olunan tərəfdaş universitetlə birgə informasiya təhlükəsizliyi istiqamətində tədris-tədqiqat laboratoriyası qurulmuşdur.
Kompüter mühəndisliyi, İnformasiya texnologiyaları və İnformasiya təhlükəsizliyi ixtisasları üzrə kadr hazırlayan fakültə Azərbaycan Universitetini yerli və beynəlxalq layihə və proqramlaşdırma müsabiqələrində uğurla təmsil edir.