Erasmus+ KA2 layihələri

AZƏRBAYCANDA REKTORLAR KONFRANSININ YARADILMASI LAYİHƏSİ (ECAR) 

  • Maliyyələşdirən təşkilat: Avropa Birliyi, ERASMUS+ CBHE
  • Qrant nömrəsi: 619354-EPP-1-2020-1-AZ-EPPKA2-CBHE-JP
  • İcra müddəti: 15/01/2021- 14/06/2024
  • URL: http://ecar.net.az/

Layihənin məqsədi: Elm və Təhsil Nazirliyinin iştirakı ilə  təhsil müəssisələrinin, ali və ali təhsildən sonrakı  təhsilin  inkişafı,  tədris  prosesinin, elmi işin, elmi-pedaqoji və digər işçilərin ixtisasının artırılmasının və yenidən hazırlanmasının təşkili, müsbət təcrübənin ümumiləşdirilib yayılması, respublikada təhsil sistemini təkmilləşdirilməsi, habelə ali təhsil müəssisələrinin heyət üzvlərinin sosial müdafiəsi, ali məktəbin respublikanın sosial iqtisadi və mədəni inkişafına təsirinin gücləndirilməsi istiqamətlərində fəaliyyətlərini əlaqələndirmək məqsədilə Rektorlar Konfransını yaratmaqdır. 

Layihə çərçivəsində tərəfdaşlar

Koordinator: Bakı Biznes Universiteti

Yerli tərəfdaşlar

  • Azərbaycan Universiteti
  • Azərbaycan Turizm və Menecment Unviersiteti
  • Azərbaycan Dövlət Pedaqoji Universiteti
  • Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti
  • Azərbaycan Dillər Universiteti
  • Azərbaycan Texniki Universiteti
  • Azərbaycan Texnologiya Universiteti
  • Bakı Ali Neft Məktəbi
  • Bakı Avrasiya Universiteti
  • Bakı Biznes Universiteti (koordinator universitet)
  • Bakı Mühəndislik Universiteti
  • Xəzər Universiteti
  • Lənkəran Dövlət Universiteti
  • Naxçıvan Universiteti
  • Odlar Yurdu Universiteti

Xarici tərəfdaşlar

  • Mikolas Romeris Universiteti (Litva)
  • Kral Texnologiya Universiteti, KTH (İsveç)
  • Beynəlxalq Pedaqoji Tədqiqatlar Mərkəzi (Fransa)
  • Universitet Prezidentlərinin (Rektorların) konfransı (Fransa)
  • Belçika Beynəlxalq Şəbəkəsi (EFMD)
  • Akademik Məktəblər Rektorlarının Konfransı (Polşa)