Tələbə klubları

Azərbaycan Universitetində tələbələrin asudə vaxtının səmərəli təşkili, şəxsi inkişafı və ictimai fəallığının artırılması məqsədilə müxtəlif istiqamətləri əhatə edən tələbə klubları fəaliyyət göstərir. Bu klublar tələbələrin maraq və bacarıqlarının inkişafına, liderlik keyfiyyətlərinin formalaşmasına, eləcə də universitetdaxili və universitetlərarası əməkdaşlığın güclənməsinə şərait yaradır.

Tələbə klubları vasitəsilə gənclər:

  • Elmi, mədəni, sosial və yaradıcılıq fəaliyyətlərində iştirak edir;
  • Komanda işi və layihə idarəetməsi bacarıqlarını inkişaf etdirir;
  • Sosial məsuliyyət və vətəndaş fəallığı təcrübəsi qazanırlar;
  • Yeni ideyalar irəli sürmək və təşəbbüslərlə çıxış etmək imkanı əldə edirlər;

Klubların fəaliyyəti seminarlar, təlimlər, görüşlər, layihələr, könüllülük proqramları, yarışlar və sosial tədbirlər vasitəsilə həyata keçirilir.

Klublara üzvlük könüllü əsaslarla həyata keçirilir və universitetin bütün tələbələri öz maraqlarına uyğun klublara qoşula bilərlər.

Universitet rəhbərliyi tələbə klublarının fəaliyyətini dəstəkləyir və onların təşəbbüslərinin reallaşması üçün müvafiq şərait yaradır.

Voice of Books Klubu

Gənc Diplomatlar Klubu

Gənc İqtisadçılar Klubu

Gənc Tərcüməçilər Klubu

“Keyfiyyət elçiləri” Klubu

“Sossfera” Sosial İnkişaf Klubu

“Tarixi Şəxsiyyətlər” Klubu