Tələbə Gənclər Təşkilatı
2006-cı ildə təsis edilən Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatı (AU TGT), ümumi maraqlar və könüllülük prinsipi əsasında birləşən tələbələrin ictimai həyatda fəal iştirakını təmin edir. Təşkilatın əsas məqsədi dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir.
Təşkilatın əsas vəzifələri aşağıdakılardır:
Azərbaycan
Universitetinin Tələbə Gənclər Təşkilatı 2013-cü ildə Bakı Şəhər Gənclər və İdman Baş
İdarəsinin cari ilin yekunlarına dair təsis etdiyi “Yaxşıların yaxşısı-2013”
mükafatının təqdimatı mərasimində ilin ən yaxşı “Tələbə Gənclər Təşkilatı”
seçilmişdir.
Təşkilat, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən “2 fevral - Azərbaycan Gəncləri Günü” münasibəti ilə “Azərbaycan Gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın həyata keçirilməsində fəal iştirakına görə fəxri fərmana layiq görülmüşdür.
Təşkilatın sədri Rəsul Dadaşov 2024-cü ildə “2 Fevral – Azərbaycan Gəncləri Günü” münasibətilə keçirilən Tələbə Gənclər Təşkilatlarının Respublika Forumunda Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) tərəfindən “İlin Tələbə Gənclər Təşkilatı sədri” seçilmişdir.