Məqalələr azərbaycan, rus və ingilis dillərində qəbul edilir.
Təqdim olunan məqalə Microsoft Word proqramında yazılmalıdır. Həcm 5 səhifəyə qədər, format A4, şrift Times New Roman, ölçü 14, hər tərəfdən 2,0 sm, 1,5 interval, abzas 1,25 olmalıdır.
Açar sözlər ədəbiyyat siyahısından əvvəl göstərilməlidir. Əgər material azərbaycan və ya rus dilində təqdim edilirsə, məqalənin sonunda ingilis dilində xülasə əlavə olunmalıdır.
Konfransa qeydiyyat haqqı 20 manatdır.
Məqalənin strukturu aşağıdakı kimi olmalıdır.
Məqalənin adı böyük hərflərlə, qalın şriftlə (ölçü 14)
Müəllifin soyadı, adı, atasının adı qalın şriftlə (ölçü 14)
Təşkilat və şəhərin adı adi şriftlə (ölçü 12)
Məqalənin mətnində qaynaqlara istinad, kvadrat mötərizədə nömrə ilə (istinadın ədəbiyyat siyahısındakı nömrəsinə müvafiq olaraq) verilir (məs.: [1], [2]). İstifadə olunan ədəbiyyatın siyahısı məqalənin sonunda, əlifba sırası ilə və nömrələnməklə (kvadrat mötərizədə) verilir (ölçü 14).
Konfransda iştirak etmək istəyənlər tezislərini meco2018@au.edu.az ünvanına göndərə bilərlər.