İnformasiya təhlükəsizliyi: problemlər və perspektivlər
Beynəlxalq konfrans

22 oktyabr 2021

Azərbaycan Universitetinin Xarkov Milli Radioelektronika Universiteti (Ukrayna) ilə birlikdə təşkil etdiyi Konfrans informaiya texnologiyalarının sürətli infişafı və onun insan fəaliyyətinin bütün sahələrinə total nüfuz etdiyi indiki şəraitdə məlumatların icazəsiz girişinin, istifadəsinin, açıqlanmasının, təhrif olunmasının, dəyişdirilməsinin, araşdırılmasının, qeyd edilməsinin və ya məhv edilməsinin qarşısının alınmasının elmi nəzəri, praktiki və texnoloji aspektlərinə həsr edilir. Konfransda informasiya təhlükəsizliyinin ən geniş spektrində çalışan alim və mühəndislərə son elmi nəticələrini paylaşmaq və yeni elmi ideya və istiqmətləri müzakirə etmək üçün platforma təklif etmək planlaşdırılır.