XƏBƏRLƏR

Xarici dillər kafedrası “Oxu” dərslərinin təkmilləşdirilməsi ilə bağlı təlim təşkil edib

Azərbaycan Universitetinin Xarici dillər kafedrasının tərəfindən ingilis dilinin tədrisində müasir metodların təkmilləşdirilməsi və dərsdə tətbiq edilməsi məqsədilə təşkil olunan təlimlər davam edir. Növbəti belə təlim “Oxu” (Reading) dərslərinin təkmilləşdirilməsinə həsr olunub.

Təlimin əsas məqsədi oxu strategiyalarını formalaşdırmaq, təhsilalanlara mətnlərdən məlumat toplamaq, mətni şərh və təhlil etmək, mətnə münasibət bildirmək kimi bacarıqların aşılanması üsullarını təkmilləşdirməkdir.

Kafedranın müəllimi Günel Hətəmzadənin apardığı təlimdə oxu strategiyalarının növləri haqqında ətraflı məlumat verilib və  nümunələr əsasında təqdimat nümayiş etdirilib. Nümayişin ardından kafedranın müəllimləri fərqli dil səviyyələri üçün nəzərdə tutulan mətnləri oxuyub təhlil edib və öz fikirlərini söyləyiblər.

Növbəti təlimin “Writing” (Yazı) dərsləri ilə əlaqədar olması nəzərdə tutulub.

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR