ELANLAR

Almaniyanın Hochschule Koblenz Universitetinin RheinAhrCampus (Remagen) kampusu sənəd qəbulu elan edir

21
04

Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr şöbəsi mübadilə proqramı çərçivəsində Almaniyanın Hochschule Koblenz Universitetinin RheinAhrCampus (Remagen) kampusuna sənəd qəbulu elan edir. 2026/2027-ci tədris ilinin payız semestrində (sentyabr 2026 – fevral 2027) Almaniyada oxumaq istəyən bakalavriat və magistratura tələbələri Beynəlxalq əlaqələr şöbəsinə (IV mərtəbə, 504-cü otağa) müraciət edə bilərlər.

Mübadilə proqramı çərçivəsində tələbələrə 5080 avro (əlavə ilə 6330) avro təqaüd təklif olunur. Buraya gediş-gəliş üçün 580 avro məbləğində birdəfəlik ödəniş, yaşayış xərcləri üçün aylıq 900 avro təqaüd və sosial həssas təbəqəyə aid ailələrin üzvü olan tələbələr üçün aylıq 250 avro məbləğində əlavə ödəniş daxildir. 

Mübadilə proqramında iştirak edən tələbələr qəbul edən universitetin tələbinə uyğun olaraq minimum 30 kreditlik fənn seçməlidirlər. Aşağıda qeyd olunan fənlərin seçilməsi məcburidir:

  • German Business Strategies
  • Cultural Competence in German (Alman dili kursu)
  • B25 modullarından biri
  • Akademik Təcrübə (Internship)

Tələbələr beynəlxalq mühitdə iş təcrübəsi qazanmaq üçün 10 kreditlik akademik təcrübə proqramına da müraciət edə bilərlər.

Ətraflı məlumatı keçidə daxil olaraq əldə etmək mümkündür.

https://www.hs-koblenz.de/rac/international-programs/international-students/exchange-students

Son müraciət tarixi 8 may 2026-cı ildir. 

Mübadilədə iştirak etmək istəyən tələbələr qeyd olunan tarixədək  Beynəlxalq əlaqələr şöbəsinə müraciət etməlidirlər. Əlavə sualları olan tələbələr isə sevlan.gurbanova@au.edu.az  elektron poçtuna yaza bilərlər. 

İctimaiyyətlə əlaqələr şöbəsi