ELANLAR

Almaniyanın Koblenz Tətbiqi Elmlər Universitetinə sənəd qəbulu elan olunur

21
05

Tələbələrimizin nəzərinə! 

Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr şöbəsi “Erasmus+ KA107” tələbə mübadiləsi proqramı  çərçivəsində Almaniyanın RheinAhrCampus, Koblenz Tətbiqi Elmlər Universitetinə tələbə mübadiləsi üçün sənəd qəbulu elan edir.

Biznesin idarə edilməsi ixtisası üzrə bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələr Beynəlxalq əlaqələr şöbəsinə (IV mərtəbə, 524 və 526 nömrəli otaqıar) müraciət edə bilərlər.  

Proqram iştirakçıların bütün xərclərini qarşılayır.  Mübadilə proqramında iştirak etmək istəyən tələbələrin seçimi ayrılmış yerlərin sayı (kvota) üzrə müsabiqə əsasında aparılacaqdır. 

Proqrama müraciət etmək üçün əsas şərtlər aşağıdadır:  

  • Tələbə əyani formada təhsil almalıdır;
  • Tələbənin orta müvəffəqiyyət göstəricisi (ÜOMG) 75-dən yuxarı olmalıdır; 
  • Tələbənin ingilis dili biliyi ən az B2 səviyyəsində olmalıdır.

Son müraciət tarixi: 30 may 2024-cü il 

Qeyd: Tələbə hər təhsil səviyyəsi üzrə bir dəfə “ERASMUS+KA107” mübadilə layihəsində iştirak edə bilər.  

İctimaiyyətlə əlaqələr şöbəsi