ELANLAR
“İcbari tibbi sığorta” mövzusunda marifləndirmə tədbiri keçirləcəkdir
19
10
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən Azərbaycan Universitetinin müəllim və tələbə heyəti üçün 21 oktyabr 2022-ci il tarixində “İcbari Tibbi sığorta” mövzusunda maarifləndirici tədbir keçiriləcəkdir. Tədbirdə agentliyin nümayəndələri aşağıdakı mövzular üzrə təqdimatla çıxış edəcəklər:
- İcbari tibbi sığorta haqqında ümumi məlumat
- İcbari tibbi sığorta haqları
- İcbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlər
- TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələri barədə ümumi məlumat
- İcbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən istifadə qaydası
- Agentliyin müqavilə bağladığı özəl tibb müəssisələrinin siyahısı
- Özəl tibb müəssisələrində icbari tibbi sığortadan istifadə qaydası
İctimaiyyətlə əlaqələr şöbəsi