ELANLAR

İtaliyada təhsil almaq istəyən tələbələrimizin nəzərinə!

23
09

Azərbaycan Universitetinin Beynəlxalq əlaqələr şöbəsi mübadilə proqramı çərçivəsində İtaliyanın Roma Sapienza Universitetinə tələbə mübadiləsi üçün sənəd qəbulu elan edir.

2025/2026-cı tədris ilinin yaz semestrində İtaliyada təhsil almaq istəyən tələbələrimiz Beynəlxalq əlaqələr şöbəsinə (IV mərtəbə, 504 nömrəli otaq) müraciət edə bilərlər.

Tələbələrə mübadilə proqramı çərçivəsində təqaüd verilir və yol xərcləri qarşılanır. 

Mübadilə proqramında iştirak üçün tələblər:

  • İngilis dili bilikləri minimum B2 səviyyəsində olmalıdır.
  • GPA balı minimum 2.5 (75-dən yuxarı) olmalıdır.
  • İxtisas üzrə uyğunluq nəzərə alınmalıdır.
  • Seçim prosesi müsahibə yolu ilə aparılacaqdır. 

Müraciət üçün son tarix: 07.10.2025

Tələbələrimiz ixtisasların siyahısı ilə aşağıdakı linklərə daxil olaraq tanış ola bilərlər. 

https://www.uniroma1.it/sites/default/files/field_file_allegati/programmesinenglish_web.pdf (ingilis dilində keçirilən proqramların siyahısı və kataloq)

https://www.uniroma1.it/sites/default/files/field_file_allegati/programmesinenglish2024-2025.pdf (Broschure 2025) 

İctimaiyyətlə əlaqələr şöbəsi