XƏBƏRLƏR

Müsabiqənin mükafatlandırma mərasimi ölkə mətbuatında geniş şəkildə işıqlandırılıb

Müsabiqənin mükafatlandırma mərasimi ölkə mətbuatında geniş şəkildə işıqlandırılıb

17 mart 2018

Baxış sayı: 4153

“Sağlam bir dünya üçün yaşıl enerji” mövzusunda ən yaxşı tələbə elmi işi müsabiqəsinin mükafatlandırma mərasimi ölkə mətbuatında geniş şəkildə işıqlandırılıb. Azertag.az, trend.az, qafqazinfo.az, tehsil-press.az informasiya saytlarında, Xalq qəzeti, 525-ci qəzet, Mövqe, Olaylar, Şərq qəzeti və bu kimi kütləvi informasiya vasitələrinin elektron versiyalarında müsabiqə qaliblərinin mükafatlandırılmasına həsr olunmuş tədbir haqqında məlumat dərc olunub.

Xəbərlərdə qeyd olunur ki, tədbir müsabiqənin gedişatını işıqlandıran video-çarxın nümayişi ilə başlayıb. Video-çarxda tədbir iştirakçılarına müsabiqə ideyasının ortaya çıxması, müsabiqənin məqsədi, istiqamətləri və mərhələləri, komissiyanın üzvləri, daxil olan işlər, dəyərləndirilmə kateqoriyaları, iştirakçılar, finalçılar haqqında məlumatlar əksini tapıb. 

Çıxış edənlər müsabiqənin, o cümlədən, mövcud enerji mənbələrindən səmərəli istifadə edilməsi ilə yanaşı alternativ və bərpa olunan enerji mənbələrinin səfərbər edilməsinin əhəmiyyətindən söz açıb, ölkəmizdə bu sahədə geniş vüsət almış işlər haqqında məlumat veriblər.

Yekunda Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Alirzə Orucov “Təmiz ada” adlı elmi işi ilə birinci, bu ali təhsil müəssisəsinin magistrantı İlkin Mərufov ikinci, Azərbaycan Universitetinin tələbələri Sərxan Abbaszadə və Fəhmin Zakirlisə üçüncü yerə layiq görülüblər. I yerin sahibinə 800, II yerin sahibinə 600, III yerin sahiblərinə 400 manat pul mükafatı, müvafiq sertifikatlar təqdim olunub. Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Nərminə Abbasova dördüncü yerə layiq görülüb, Nəsimi rayon Gənclər və İdman İdarəsi tərəfindən xüsusi hədiyyə ilə mükafatlandırılıb. Müsabiqə qaliblərinin elmi rəhbərləri də təltif olunublar.

Keçidlər

http://xalqqazeti.com/az/news/education/99776

https://azertag.az/xeber/Saglam_bir_dunya_uchun_yasil_enerji_musabiqesinin_qalibleri_mukafatlandiriliblar-1145245

https://az.trend.az/azerbaijan/society/2873691.html

http://qafqazinfo.az/news/detail/saglam-bir-dunya-ucun-yasil-enerji-musabiqesi-basa-catib-213708

http://tehsil-press.az/index.php?newsid=27795

https://525.az/site/?name=xeber&news_id=96310#gsc.tab=0

http://www.movqe.az/news/sosial/114765.html

http://olaylar.az/news/sosial/266025

http://www.sherg.az/site/id-44704/Az%C9%99rbaycan_Universitetind%C9%99_m%C3%BCsabiq%C9%99_qalibl%C9%99ri_m%C3%BCkafatland%C4%B1r%C4%B1ld%C4%B1#.WqutUdQS_4Y

http://xebertv.com/News/Item/13474-saglam-bir-dunya-ucun-yasil-enerji-musa

http://www.baki-xeber.com/sosial/74779.html

http://www.moderator.az/news/217545.html 

http://palitranews.az/news.php?id=83000 

 

 

İctimaiyyətlə əlaqələr şöbəsi
17.03.2018

http://palitranews.az/news.php?id=83000

DİGƏR XƏBƏRLƏR