XƏBƏRLƏR
Azərbaycan Universiteti bakalavriat səviyyəsinə 24 ixtisas üzrə qəbul aparacaq
Azərbaycan Universiteti 2025/2026-cı tədris ili üçün bakalavriat səviyyəsinə 24 ixtisas üzrə qəbul aparacaq. Qəbul planı aşağıdadır.
I qrup
- İnformasiya təhlükəsizliyi, Azərbaycan bölməsi, Əyani, 30 yer, 2500 manat
İnformasiya təhlükəsizliyi, ingilis bölməsi, Əyani, 10 yer, 2700 manat - İnformasiya texnologiyaları, Azərbaycan bölməsi, Əyani, 40 yer, 2200 manat
- Kompüter mühəndisliyi, Azərbaycan bölməsi, Əyani, 25 yer, 2200 manat
II qrup
- Beynəlxalq ticarət və logistika, Azərbaycan bölməsi, Əyani, 20 yer, 2000 manat
- Biznesin idarə edilməsi, Azərbaycan bölməsi, Əyani, 70 yer, 2200 manat
Biznesin idarə edilməsi, Azərbaycan bölməsi, Qiyabi, 10 yer, 2000 manat
Biznesin idarə edilməsi, ingilis bölməsi, Əyani, 10 yer, 2500 manat - İqtisadiyyat, Azərbaycan bölməsi, Əyani, 20 yer, 2200 manat
İqtisadiyyat, ingilis bölməsi, Əyani, 10 yer, 2500 manat - Maliyyə, Azərbaycan bölməsi, Əyani, 20 yer, 2200 manat
Maliyyə, ingilis bölməsi, Əyani, 10 yer, 2500 manat - Marketinq, Azərbaycan bölməsi, Əyani, 70 yer, 2200 manat
Marketinq, Azərbaycan bölməsi, Qiyabi, 10 yer, 2000 manat
Marketinq, ingilis bölməsi, Əyani, 10 yer, 2500 manat - Menecment, Azərbaycan bölməsi, Əyani, 20 yer, 2200 manat
- Mühasibat, Azərbaycan bölməsi, Əyani, 50 yer, 2200 manat
Mühasibat, ingilis bölməsi, Əyani, 10 yer, 2500 manat - Turizm işinin təşkili, Azərbaycan bölməsi, Əyani, 70 yer, 2700 manat
Turizm işinin təşkili, Azərbaycan bölməsi, Qiyabi, 10 yer, 2700 manat
Turizm işinin təşkili, ingilis bölməsi, Əyani, 20 yer, 2000 manat
III qrup
- Xüsusi pedaqogika, Əyani, 30 yer, 2500 manat
- Təhsildə sosial-psixoloji xidmət, Əyani, 30 yer, 2700 manat
- Beynəlxalq münasibətlər, Əyani, 30 yer, 3000 manat
- Dövlət və ictimai münasibətlər, Əyani, 70 yer, 3000 manat
- Fəlsəfə, Əyani, 15 yer, 2500 manat
- Filologiya (Azərbaycan dili və ədəbiyyatı), Əyani, 40 yer, 2700 manat
- Filologiya (ingilis dili və ədəbiyyatı), Əyani, 40 yer, 2700 manat
- Politologiya, Əyani, 25 yer, 3000 manat
- Regionşünaslıq (Avropa ölkələri üzrə), Əyani, 20 yer, 2700 manat
- Tarix, Əyani, 30 yer, 2700 manat
- Tərcümə (ingilis dili), Əyani, 60 yer, 3000 manat
- Muzey, arxiv işi və abidələrin qorunması, Əyani, 30 yer, 2500 manat
- Sosial iş, Azərbaycan bölməsi, Əyani, 100 yer, 3000 manat
Sosial iş, Azərbaycan bölməsi, Qiyabi, 10 yer, 3000 manat
Sosial iş, ingilis bölməsi, Əyani, 20 yer, 2000 manat
Bakalavriat səviyyəsi üzrə keçid balları (2025)
I qrup
- İnformasiya təhlükəsizliyi, Əyani, 200.0 (-)
Subbakalavrlar üzrə 80.3 (-)
İnformasiya təhlükəsizliyi (tədris ingilis dilində), Əyani, 264.7 (401.7) - İnformasiya texnologiyaları, Əyani, 311.5 (311.5)
- Kompüter mühəndisliyi, Əyani, 282.7 (282.7)
II qrup
- Beynəlxalq ticarət və logistika, Əyani, 200.0 (-)
Subbakalavrlar üzrə 51.0 (-) - Biznesin idarə edilməsi, Əyani, 233.1 (-)
Biznesin idarə edilməsi, Qiyabi, 187.9 (-)
Biznesin idarə edilməsi (tədris ingilis dilində), Əyani, 259.9 (-) - İqtisadiyyat, Əyani, 200.0 (-)
Subbakalavrlar üzrə 83.3 (-)
İqtisadiyyat (tədris ingilis dilində), Əyani, 200.0 (420.2)
Subbakalavrlar üzrə 80.7 (-) - Maliyyə, Əyani, 200.0 (-)
Subbakalavrlar üzrə 86.4 (-)
Maliyyə (tədris ingilis dilində), Əyani, 200.0 (-)
Subbakalavrlar üzrə 79.2 (-) - Marketinq, Əyani, 214.5 (-)
Marketinq, Qiyabi, 170.6 (-)
Marketinq (tədris ingilis dilində), Əyani, 252.5 (-) - Menecment, Əyani, 200.0 (-)
Subbakalavrlar üzrə 80.8 (-) - Mühasibat, Əyani, 200.0 (-)
Subbakalavrlar üzrə 80.9 (-) - Mühasibat (tədris ingilis dilində), Əyani, 200.0 (-)
Subbakalavrlar üzrə 76.6 (-) - Turizm işinin təşkili, Əyani, 181.9 (273.9)
Turizm işinin təşkili, Qiyabi, 156.5 (-)
Turizm işinin təşkili (tədris ingilis dilində), Əyani, 209.8 (-)
III qrup
- Korreksiyaedici təlim, Əyani, 245.7 (-)
- Təhsildə sosial-psixoloji xidmət, Əyani, 307.2 (405.7)
- Beynəlxalq münasibətlər, Əyani, 218.6 (-)
- Dövlət və ictimai münasibətlər, Əyani, 313.0 (-)
- Fəlsəfə, Əyani, 200.0 (-)
- Filologiya (Azərbaycan dili və ədəbiyyatı), Əyani, 296.3 (-)
- Filologiya (ingilis dili və ədəbiyyatı), Əyani, 245.3 (-)
- Politologiya, Əyani, 220.8 (-)
- Regionşünaslıq (Avropa ölkələri üzrə), Əyani, 187.4 (-)
- Tarix, Əyani, 308.8 (-)
- Tərcümə (ingilis dili), Əyani, 200.0 (-)
- Muzey, arxiv işi və abidələrin qorunması, Əyani, 217.7 (373.4)
- Sosial iş, Əyani, 228.0 (434.0)
Sosial iş, Qiyabi, 238.4 (-)
Sosial iş (tədris ingilis dilində), Əyani, 285.2 (443.5)
Abituriyentlərin nəzərinə çatdırırıq ki,
- Azərbaycan Universitetinə qəbul Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən aparılır.
- Bütün ixtisaslara dövlət sifarişi əsasında (DS) qəbul mümkündür. Göstərilən məbləğlər ödənişli əsaslarla qəbul olanlar üçündür.
- Tədrisi ingilis dilində aparılan ixtisaslarda tələbələrin ingilis dili hazırlığı üçün 1 (bir) tədris ili ayrılmaqla tədris müddəti 5 ildir. Bu ixtisaslarda müsabiqə Azərbaycan və rus bölmələri üzrə birgə aparılır.
- Tədrisi ingilis dilində aparılan ixtisaslara qəbul olan və ingilis dili biliyini beynəlxalq səviyyəli IELTS (6.0 və yuxarı), TOEFL (75 və yuxarı), PTE (50 və yuxarı) kimi dil sertifikatları ilə təsdiq edən yaxud daxili yerləşdirmə testindən (Placement Test) uğurla keçən tələbələr birbaşa I kursa başlayırlar.
- Ödənişli əsaslarla qəbul olan tələbələr də II semestrdən başlayaraq Dövlət büdcəsinin hesabına təqaüd ala bilirlər. Təqaüd yerlərinin sayı dövlət sifarişi ilə qəbul olan tələbələrin sayından asılıdır. Bu zaman dövlət sifarişi ilə qəbul olanların sayına uyğun olaraq tələbənin ümümi orta müvəffəqiyyət göstəçisinə görə təqaüd verilir. Hazırda Azərbaycan Universitetinin bakalavriat pilləsi üzrə 396, magistratura pilləsi üzrə isə 43 olmaqla 439 tələbəsinə Dövlət büdcəsinin vəsaiti hesabına təqaüd təyin olunub. Təqaüd alan tələbələrdən 258-i Dövlət sifarişi əsasında, 181-i isə ödənişli əsaslarla təhsil alır. Bakalavriat səviyyəsi üzrə təqaüdlərin aylıq məbləği 100, 145 və 175 manat olmaqla tələbənin akademik göstəricilərindən asılıdır və hər semestrin sonunda yenidən dəyərləndirilir.
- Azərbaycan Universiteti tərəfindən təsis olunan “Şəhid Fəxrəddin Qurbanlı adına Təqaüd” birinci tədris ilinin birinci semestrində universitetə ən yüksək balla qəbul olmuş tələbəyə verilir. Təqaüdün ümumi məbləği 500 manat təşkil edir.
- Universitet Daxili İki Diplom Proqramı (UDİD) yüksək göstəricilərlə oxuyan tələbələrə əlavə təhsil almaqla 4 ildə 2 ayrı ixtisas üzrə 2 diplom alma imkanı yaradır. Proqrama I kursu bitirmiş, qəbul olduğu ixtisas üzrə nəzərdə tutulan kreditləri qazanan, bu ixtisas üzrə akademik borcu olmayan və orta müvəffəqiyyət göstəricisi 85-100 bal arasında olan tələbələr müraciət edə bilərlər.
- 600 və yuxarı bal toplayaraq ödənişli əsaslarla qəbul olan tələbələr birinci tədris ili üçün təhsil haqqı ödənişindən tam azaddırlar. İkinci tədris ilindən etibarən cari semestr üzrə orta müvəffəqiyyət göstəricisi 85-94,9 qiymətləri A/B olduqda təhsil haqqı ödənişindən 50%, orta müvəffəqiyyət göstəricisi 95 və yuxarı, qiymətləri A/B olduqda təhsil haqqı ödənişindən tam azad olunurlar.
- 500-599 arası bal toplayaraq ödənişli əsaslarla qəbul olan tələbələrə xüsusi güzəşt tətbiq olunur. Güzəştin növbəti tədris illərində də tətbiqi tələbənin müvəffəqiyyət göstəricilərindən asılıdır.
- Azərbaycan Universiteti “Erasmus+”, “Mevlana” mübadilə proqramlarının üzvüdür, Alman Akademik Mübadilə Xidməti (DAAD) ilə əməkdaşlıq edir. “Erasmus+” proqramı tələbələrə Türkiyə və Avropanın universitetlərində, DAAD proqramı Almaniya universitetlərində bir yaxud iki semestr müddətində təhsil və akademik təcrübə imkanı qazandırır. “Mevlana” proqramı isə Türkiyə universitetləri ilə akademik mübadiləyə şərait yaradır. Tələbələr universitetlərarası müqavilə çərçivəsində də xaricdə təhsil ala bilirlər.
- Tələbələrə ixtisas diplomu ilə yanaşı ingilis dili biliyinin beynəlxalq səviyyədə təsdiq edən PTE (Pearson Test of English) sertifikatı da verilir.
İmtiyazlı statusda olan tələbələr
- Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş; Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş; Hərbi əməliyyatla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların övladlarının təhsil haqqı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına, geri qalanı isə Azərbaycan Universitetinin büdcəsi hesabına ödənilir.
- Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyinə görə “Müharibə veteranı” adı almış şəxslərin təhsil müddəti ərzində təhsil haqqı 2023/2024-cü tədris ilindən etibarən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 25 iyun tarixli 120 nömrəli qərarı ilə təsdiq edilmiş təhsil xərcləri miqdarında dövlət büdcəsinin vəsaiti hesabına, geri qalanı isə Azərbaycan Universitetinin büdcəsi hesabına ödənilir.
- “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununa əsasən, şəhid ailəsinin üzvlərinin təhsil haqqı tam miqdarda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
- Hər iki valideynini itirmiş; valideyn himayəsindən məhrum olmuş yaxud bir valideyni vəfat etmiş və o biri valideyni I yaxud II qrup əlil olan 23 yaşınadək tələbələrin təhsi haqqı tam miqdarda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
- I və II dərəcə əlilliyi olan şəxslər, orqanizmin funksiyalarının 61-100 faiz pozulmasına görə, habelə sağlamlıq imkanları məhdud 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslərin təhsil haqqı tam miqdarda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
İctimaiyyətlə əlaqələr şöbəsi
DİGƏR XƏBƏRLƏR
Azərbaycan Universitetində ənənəvi “Karyera Günü” keçirilib
30 may 2025
Azərbaycan Universiteti bakalavriat səviyyəsinə 24 ixtisas üzrə qəbul aparacaq
29 may 2025
Milli Observatoriya Azərbaycan Universitetində “Məsləhət Günü” keçirib
29 may 2025
Azərbaycan Universitetində İqtisadiyyat ixtisası üzrə təhsil proqramları müzakirə olunub
29 may 2025
Azərbaycan Universitetində 28 May – Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib
27 may 2025
SPTM Mərkəzinin direktoru Türkiyədə keçirilən beynəlxalq layihədə iştirak edib
27 may 2025