XƏBƏRLƏR
Dissertant Kəmalə Bayramovanın dissertasiya işinin ilkin müzakirəsi keçirilib
Azərbaycan Universitetinin Tərcümə və filologiya kafedrasının iclasında dissertant Kəmalə Oqtay qızı Bayramovanın filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün yerinə yetirdiyi “Süleyman Vəliyevin yaradıcılığında avtobioqrafizm” mövzusunda dissertasiya işinin ilkin müzakirəsi keçirilib.
Tərcümə və filologiya kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru Gülnar Rzayevanın sədrlik etdiyi iclasda təqdim olunmuş dissertasiya işi müzakirə olunub, tamamlanmış elmi tədqiqat işi kimi yüksək qiymətləndirilib.
İclasın sonunda dissertasiya işinin filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün Ali Attestasiya Komissiyası tərəfindən dissertasiya işinə qoyulan tələblərə cavab verdiyi qeyd olunub və müdafiənin növbəti mərhələsinə tövsiyə olunması qərara alınıb.
Dissertantın elmi rəhbəri filologiya elmləri doktoru, professor Bədirxan Əhmədovdur.
İctimaiyyətlə əlaqələr şöbəsi