XƏBƏRLƏR

Azərbaycan Universitetində peşəkar tərcüməçilərlə tələbələrin görüşü təşkil olunub

Azərbaycan Universitetində peşəkar tərcüməçilərlə  tələbələrin görüşü təşkil olunub

22 dekabr 2025

Baxış sayı: 392

Azərbaycan Universitetində “Avrasiya” Tərcümə Mərkəzinin rəhbəri Nərmin Hüseynova və mərkəzin mütəxəssislərinin tələbələr ilə görüşü təşkil olunub. Tərcümə və filologiya kafedrasının nəzdində fəaliyyət göstərən “Young Translators” tələbə klubunun təşkilatçılığı ilə keçirilən görüşdə kafedranın rəhbərliyi və pedaqoji heyəti, Tərcümə və Filologiya ixtisaslarında təhsil alan bir qrup tələbə iştirak edib. 

Görüşdə tələbələrə müasir qloballaşma şəraitində tərcümə fəaliyyətinin aktuallığı, peşəkar tərcüməçilərə olan tələbatın artması, ixtisaslaşma istiqamətləri, texnoloji yeniliklər, eləcə də bu sahə üzrə mövcud və perspektiv əmək bazarı imkanları barədə ətraflı məlumat verilib. Gənc tərcüməçilər üçün mövcud karyera imkanları, təcrübə proqramları, peşəkar inkişaf istiqamətləri, habelə tərcümə bazarında uğur qazanmaq üçün tələb olunan əsas bilik və bacarıqlar ətrafında fikir mübadiləsi aparılıb.

Görüş praktik fəaliyyətlə zənginləşdirilib, real tərcümə nümunələri əsasında praktiki məşğələlər təşkil olunub. Bu yanaşma görüşdə iştirak edən tələbələrin nəzəri biliklərini praktik bacarıqlarla möhkəmləndirməyə imkan yaradıb.

Peşəkar tərcüməçilərlə tələbələrin görüşü sual-cavab sessiyası ilə yekunlaşıb. Qonaqlar “Young Translators” tələbə klubu ilə əməkdaşlıq əsasında karyerayönümlü və maarifləndirici tədbirlərin gələcəkdə də keçirilməsinin planlaşdırıldığını bildiriblər. 

İctimaiyyətlə əlaqələr şöbəsi

DİGƏR XƏBƏRLƏR