XƏBƏRLƏR
Xarici dillər kafedrası akademik yazı təlimlərinə başlayıb
Xarici dillər kafedrası yaz semestri ərzində keçirilməsi planlaşdırılan akademik yazı üzrə təlimlərə start verib. Silsilə təlimlərin açılışında Xarici dillər kafedrasının müdiri Aygün Qasımova çıxış edərək bildirib ki, semestr ərzində ümumilikdə 10 təlimin keçirilməsi nəzərdə tutulub. Müəllimlərin akademik yazı sahəsində təcrübələrinin zənginləşdirilməsi məqsədilə təşkil olunan təlimlərdə akademik yazının müxtəlif növləri müzakirə olunacaq.
İlk təlimi kafedranın müəllimi Aysel Mehdiyeva aparıb. Aysel Mehdiyeva iştirakçılara “narrativ esse” (narrative essay) haqqında ətraflı məlumat verib, bu yazı növünün strukturu, məqsədi və istifadə olunan metodlar barədə təqdimatla çıxış edib.
Xarici dillər kafedrası ilə Tərcümə və filologiya kafedrasının müəllim heyəti iştirak etdiyi təlimdə mövzu ilə bağlı bir sıra fəaliyyətlər nümayiş olunub, fikir mübadiləsi aparılıb.
İctimaiyyətlə əlaqələr şöbəsi