Ümummilli lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunmuş

Davamlı inkişaf və humanitar elmlərin aktual problemləri

Respublika konfransı 

24 oktyabr 2019-cu il

Son zamanlar dünyada gedən bir sıra siyasi, iqtisadi, sosial proseslər hər bir ölkənin qarşısına konkret inkişaf strategiyaları seçmək və onları həyata keçirmək mexanizmlərini işləyib hazırlamaq kimi tələblər qoyur. Bundan çıxış edərək Azərbaycan dövləti ölkə iqtisadiyyatına baxış bucağını dəyişmək, xammal iqtisadiyyatından yeni, müasir texnologiyalara əsaslanan iqtisadi münasibətlər sisteminə keçmək strategiyasını qəbul edib. Bu strategiyanın tətbiqi son nəticədə ölkəmizin davamlı iqtisadi və sosial inkişafına səbəb olmalı, Azərbaycan xalqının maddi rifahının yüksəldilməsinə gətirib çıxarmalıdır.

Bütün bunların reallaşmasına ölkənin elmi potensialının da cəlb olunması zəruridir. Çünki müasir şəraitdə qəbul edilən hər bir qərar elmi olaraq əsaslandırılmalı, ən müasir texnologiyaların tətbiqi ilə reallaşdırılmalıdır. Bütün bunları nəzərə alaraq Azərbaycan Universiteti  oktyabr ayında “Davamlı inkişaf və humanitar elmlərin aktual problemləri” mövzusunda respublika konfransı keçirməyi planlaşdırır.

Ümummilli lider Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlməsinin 50 illiyinə həsr olunan konfransa bir sıra tanınmış xarici mütəxəssisin də dəvət edilməsi, davamlı inkişaf strategiyalarının müzakirəsi, bu istiqamətdə humanitar elmlərin qarşısında duran problemlərin araşdırılması və uyğun təkliflərin hazırlanması nəzərdə tutulur.