NİZAMİ GƏNCƏVİNİN ƏSƏRLƏRİ AZƏRBAYCAN XALQININ ETNOGENEZİSİNİN
QAFQAZ VƏ TÜRK DÜNYASI KONTESKTİNDƏ ÖYRƏNİLMƏSİNDƏ
ƏDƏBİ VƏ TARİXİ MƏNBƏ KİMİ

beynəlxalq konfransı
7 may 2021-ci il

“Nizami ili” çərçivəsində təşkil olunacaq elmi konfrans dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illik yubileyinə həsr olunacaq. 

Dahi şairin əsərləri tək fövqaladə sənətkarlıq nümunələri deyil, həm də Azərbaycanın, Qafqazın və bütün Şərqin tarixinin öyrənilməsində əvəzsiz mənbədir. Bunu nəzərə alaraq konfransın işində şairin əsərlərində tarixi faktlar və milli kimlik məsələləri, Azərbaycan xalqının etnogenezisinin öyrənilməsində Nizami Gəncəvi yaradıcılığının rolu, Nizami Gəncəvi və müasir tarix kimi aktual məsələlərin araşdırılması, bu problemlər üzrə duskusiyaların təşkili nəzərdə tutulur.

Pandemiya şəraitini nəzərə alaraq konfransın online rejimdə keçirilməsi nəzərdə tutulur.